Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölümcül döyüş (film, 1995)

Ölümcül döyüş (ing. Mortal Combat) – 1995-ci ildə Pol Anderson tərəfindən döyüş janrında çəkilən filmdir.[3][4][5] 1997-ci ildə filmin davamı olan Ölümcül döyüş 2: Məhv etmək filmi çəkilmişdir.[6] Mortal Kombat adlı video oyunu ardıcıllığından kinoya köçürülən "Ölümcül Döyüş" filmində, Kristofer Lambertin canlandırdığı ildırımlar tanrısı Rayden bir-birinnə buyğunlaşmasız üç döyüşçü ilə dünyanı xilas edəcək "Ölümcül Döyüş" turnirinin mahiyyətini başa salacaqdır. Filmin icraedici prodüseri Bob Engelman və Denni Simon, quruluşçu prodüser Elison Seviç, kostyum rəssamçısı Ha Nguyen və filmin yaradıcısı Pol Andersondur.Mündəricat
1 Annotasiya
2 Məzmun
3 Rollarda
4 Maraqlı faktlar
5 Saundtrek
6 Filmin davamı
7 Mortal Kombat
8 Həmçinin bax
9 Ədəbiyyat
10 İstinadlar
11 Xarici keçidlər


Annotasiya

Min ildən bir Böyük Allahlar tərəfindən Yeraltı Qara qüvvələrin Yerə hücumunu dəf etmək üçün "Ölümcül döyüş" adlı qədim turnir keçirilir. Əgər Qara qüvvələrin gücü turnirdə 10 dəfə bir-birinin ardınca qalib gəlsə, onda Qara qüvvələrin İmperatoru Şao Kann (Frenk Uelker) Yerə gələcəkdir. Hal-hazırda Yeraltı Qara qüvvələrin gücü 9 dəfə qələbə qazanmışdır və sonrakı döyüş Yer üçün sonuncu olacaqdır. Köhnə Şaolin məbədi şagirdi olan Liu Kenq və onun tərəfdaşları: Hollivud kino ulduzu Conni Keyc (Linden Eşbi), məxfi polis Sonya Bleyd (Bricit Nilsen) öz həyatlarını riskə ataraq qəribə və heç də insansa bənzəməyən döyüşçülər ilə döyüşməlidirlər ki, 10-cu "Ölümcül döyüş" turnirində qalib çıxaraq Yeri Qara qüvvələrdən xilas etsinlər. Bütün döyüşlərdən uğurla çıxan qəhrəmanlar Şanq Tsunqu məğlub etməlidilər. Liu Kenq qardaşını intiqamını almaq üçün Şanq Tsunla vuruşur və ona qalib gəlir. Amma Liu Kenqin komandası bu qələbəni qeyd edərkən, gözlənilmədən İmperator Şao Kann peyda olur. Onlar yeni döyüşə hazırlaşmağa məcbur olurlar...

Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Sab-Zero və Liu Kenq döyüşərkən

Şanq Tsunq və Çen "Ölümcül döyüş" turnirində qarşılaşırlar. Turnir döyüşündə Şanq Tsunq asanlıqla qalib çıxır. Bu zaman Şanq Tsunq skeletə dönür. Dəhşət içində yuxudan oyanan Liu Kenq bunun bir yuxu olduğunu zənn edir. Lakin Liu Kenq qardaşının ölümünü hiss etməyə başlayır. Bu səbəbdən Liu Kenq Şaolin məbədinə dayısının məbədinə qayıdır. Məbəddə Liu gözləri ildırım saçan Lord Rayden ilə rastlaşır. Rayden onun döyüşdə qələbə çalmasından şübhə ilə yanaşır. Liu Kenq isə ona qulaq asmayaraq fikrindən dönmür və turnirə qatılmaq fikrindədir.

Conni Keyc isə uğursuz film çəkilişdən sonra dostu Boyd ilə qarşılaşır. Həmin adam onu "Ölümcül döyüş" turnirinə dəvət edir. Conni Keyc turnirdə öz gücünü bütün dünyaya göstərərək, əsl döyüş ustası sübut etmək üçün turnirə qatılmağı planlaşdırır. Boyd çəkiliş yeri tərk edən zaman Şanq Tsunqa çevrilir. Bu müddətdə polislər monyak qatilin axtarışındadır. Polis vəzifəsində çalışan Sonya Bleyd dostunun Kano adlı monyak qatil tərəfindən öldürüləndən sonra ondan qisas almaq niyyətindədir. Sonya Kanonun "Ölümcül döyüş" turnirinə qatılmasını eşidincə, döyüşçülərin yola düşdüyü gəmiyə girməyi bacarır. Turnirə qatılmaq üçün gəmidə Şan Tsunq hiyləgər planı ilə dünyanın hər yerindən dəvət olunmuş güclü döyüşçülər vardır. Döyüşçülər Honq Konq limanından Şanq Tsunqa məxsus adaya gəlib çıxırlar. Turnir gecəsində Liu Kenq, Sonya Bleyd və Conni Keyc gizlincə otaqlardan birinə daxil olurlar. Onlar otaqda Qoro və Kanonun Şanq Tsunqun yerinə keçmək haqqında danışdıqlarını görürlər. Danışıq bitməmişdən əvvəl onlar buranı tərk edirlər. Bu müddətdə Şanq Tsunq onların ardınca sürünənlər sinfinə mənsub olan canlı məxluqu göndərir. Qəhrəmanlar bir qədər yol getdikdən sonra qəribə paltarlı adamlarla döyüşürlər və onları məğlub edirlər. Sonra döyüşdükləri adamlardan çox döyüşçülər peyda olur. Gözlənilmədən onların yanına Rayden gəlir. Rayden onlara Şanq Tsunq haqqında danışır və "Ölümcül döyüş" turnirinin mahiyyətini izah edir. Bu zaman Şanq Tsunq "Ölümcül döyüş" turnirini başladır.

Sabahısı günü "Ölümcül döyüş" turniri başlayır. Liu Kenq ilk döyüşünü qələbə ilə bitirir. Döyüşlərin birində Sonya Bleyd Şanq Tsunqda Kano ilə döyüşmək istədiyini bildirir. Şanq Tsunq onun arzusunu yerinə yetirir. Sonya Bleyd və Kano döyüşməyə başlayırlar. Döyüşün sonunda gözlənilmədən Sonya Bleyd Kanonun başını ayağı ilə tutur və boğmağa başlayır. Sonya Bleyd döyüşdə Kanonun başını ayağı ilə sındıraraq onu öldürür və döyüşdən qalib çıxır. Şanq Tsunq bundan məmnun qalır. Turnir başlamamışdan əvvəl Liu Kenq Qara qüvvələr İmperatoru Şao Kannın qızı Şahzadə Kitana ilə rastlaşır. Döyüşlərin birində Liu Kenq onunla qarşılaşır. Kitana ona döyüşmək üçün hazırlıqlı olmasını və daha sonrakı döyüşdə rəqibi məğlubiyyətə uğratmaq üçün yeni elementdən istifadə etməsini deyir. Liu Kenq onun sözlərini tam başa düşmür. Döyüş Kitana tərəfindən pozulduğundan, Şanq Tsunq Kitananı döyüş turnirindən kənarlaşdırır.

Conni Keyc meşədə Skorpion ilə qarşılaşır. Döyüş onlar arasında çox qəribə keçir. Onlar əvvəlcə meşədə, sonra yeraltı dünyada vuruşmağa başlayırlar. Döyüşün sonunda Conni Keyc qalib çıxır. Sonrakı döyüş Sab-Zero ilə Liu Kenq arasında olur. Rayden ətrafa qabda su qoyur və gözdən itir. Bu zaman Liu Kenq və Sab-Zero bura gələrək vuruşmağa başlayırlar. Sab-Zero məğlub olmasını görüncə, ətrafında buz yaratmağa başlayır. Liu Kenq Kitananın ifadəsi yadına düşür və ətrafı göz gəzdirərək içi su ilə dolu qabı görür. Liu Kenq həmin qabda olan suyu fırladaraq buzlu dalğanın içinə atır. Bu zaman su buza çevrilir və Sab-Zeroya dəyir. Sab-Zero isə buzdan partlayır. Döyüşlərin birində Qoro peyda olaraq döyüşçülərdən biri ilə vuruşmağa başlayır. Bu zaman Qoro həmin döyüşçünü başı üzərinə qaldırır və Şanq Tsunq onun ruhunu alır. Bundan ən çox qəzəblənən Conni Keyc Qoro ilə vuruşmaq istəyir. Conni Keycin Qoro ilə döyüşməmişdən əvvəl Şanq Tsunqa müraciət edir və arzusu həyata keçir. Conni Keyc ilə Qoro "Ölümcül döyüş" turnirində qarşılaşırlar. Qoro Conni Keycin köynəyinin cibindəki eynəyini götürərək sındırır. Bu zaman Conni Keyc yumruqla ona aşağıdan möhkəm zərbə endirir. Şanq Tsunq Qoroya Conninin ardınca getməsini göstərir. Qoro onu izləməyə başlayır. Sonda Conni Keyc ona təpiklə zərbə endirərək yerə tullayır. Amma Qoro dağın bir küncündən yapışmışdır. Qoro hələ yerə düşməyib və sağ qalıb. Bu zaman Conni Keyc ona bir dəfə də zərbə endirir. Qoro dağdan yerə düşməyə başlayır. Conni Keyc döyüşdən qalib çıxır.

Conni Keyc Qoronu məğlub etdikdən sonra döyüşçüsünün məğlubiyyətinə tab gətirə bilməyən Şanq Tsunq Sonya Bleydi oğurlayır. Şanq Tsunq onlara deyir ki, buna onun tam ixtiyarı çatır. Rayden onlarla birgə getmir. Əks halda qələbə digər tərəfə veriləcəkdir. Liu Kenq və Conni Keyc onun ardınca gedirlər. Lakin bu zaman Liu Kenq Reptayl ilə vuruşmağa məcbur olur. Döyüşün sonunda Liu Kenq qalib gəlir və skeletin içindən çıxmış canlı məxluqu əzir. Bu zaman Kitana peyda olur. Kitana onları lazım olan yerə aparır. Şanq Tsunq Sonya Bleydi turnirə gətirir. Şanq Tsunq Sonya ilə döyüşməyə hazırlaşır. Bu zaman gözlənilmədən ətrafdakılar bağlı üzlərini açırlar. Həmin adamlar Liu Kenq, Kitana və Conni Keycdir. Şanq Tsunq əvvəlcə Conni Keyc ilə döyüşmək istəyir. Lakin Liu Kenq onunda qardaşını öldürdüyü üçün döyüşmək istəyir. Şanq Tsunq onu tanıyaraq döyüşə çağırır. Döyüşün sonunda Liu Kenq qalib gəlir. Bu zaman onun bədənindən çoxlu sayda ruhlar çıxmağa başlayır. Ruhların biri də Liu Kenqin qardaşının ruhudur. Çenin ruhu Liu Kenqə təşəkkür edir və digər dünyaya yola düşür. Qələbədən sonra qəhrəmanlar bir araya gələrək qələbəni qeyd edirlər. Liu Kenq Kitananın, Conni Key isə Sonyanın əlindən tutr. Əvvəllər Sonyanın Conni Keycdən xoşlanmasa da, indi onunla yaxşı münasibətdədirlər. Lakin bu zaman Yeraltı Qara qüvvələrinin İmperatoru Şao Kann peyda olur və onlara itaətə tabe olmağa çağırır. Qəhrəmanlar isə buna razı olmayaraq döyüş vəziyyətində dayanırlar...

Rollarda

Rollarda

Robin Şu

Kristofer Lambert

Keri-Hiroyuki Taqava

Kevin Maykl Riçardson

Stiven Hu

Maraqlı faktlar
"Ölümcül döyüş" filminə Brüs Linin oğlu Brendon Lini də çəkmək istəyirdilər. Lakin Brendon Li "Qarğa" filmində açılan atəşdən vəfat edir.
Sonya Bleyd roluna aktrisa Kameron Diazı dəvət edirlər. Lakin Kameron Diazın film səhnəsində ayağı burxulur və filmdən imtina edir.
"Ölümcül döyüş" filminə Jan-Klod Van Dammı dəvət edirlər. Lakin Van Damm bu filmdən imtina edərək Küçə döyüşçüsü filminə çəkilir.[7]
Linden Eşbi (Conni Keyc) və Kristofer Lambert (Lord Reyden) bu film zamanı gizli reklamlara çəkildikləri üçün "Ölümcül döyüş" filmi çəkildikdən sonra "Ölümcül döyüş 2"’ filminin rollarından qovlanılmışdılar.[8]
"Ölümcül döyüş" əsərində Şanq Tsunq ölmür.
"Ölümcül döyüş" əsərində Sab-Zero ilə Skorpion düşmən olurlar. Skorpion həmişə Reptayl qardaşını Sab-Zerodan qoruyur.
Filmdə olan bütün hərəkətləri aktyorlar özləri edirlər.
Filmdə Sab–Zero (Fransua Petit) və Lui Kang (Robin Şu) vuruşmasında Robin Şu qabırğası sınır. Buna baxmayaraq Robin çəkilişi davam etdirir.
"Ölümcül döyüş" əsərində Sonya Bleyd Kanonu öldürmür.
"Ölümcül döyüş" əsərində filmin baş qəhrəmanlarından biri olan Conni Keyc personajı yoxdur.


Tarix: 20.02.2013 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 462 Bölmə: Filimler
loading...