Məzmun
Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. Rəssamın ailəsi, müharibə dövründə keçirdikləri sarsıntılar, tələbəlik illəri, işlədiyi dövr, habelə rəssamın yaradıcılığına böyük təsir göstərmiş həyat yoldaşı Sevinc xanıma olan böyük sevgisi təsvir olunur.
Filmdə rəssamın əsərləri də əks etdirilir. Rəssam haqqında danışan həmkarları və sənət yoldaşları xalq rəssamı Böyükağa Mirzəzadə, xalq artisti, kinorejissor Oqtay Mirqasımov, rəssamlardan Elçin Axundov və Rafiq Nəsirov Elbəy Rzaquliyev haqqında səmimi fikirlərini bölüşürlər.
Film boyu rəssamın kadr arxasından səslənən xatirələri tamaşaçını sənətkarın həyat yolunun mərhələləri ilə tanış edir.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifi : Mübariz Nağıyev
Rejissor : Mübariz Nağıyev
Operator : Köçəri Məmmədov
Prodüser : Xanlar Cəfərov
Filmdə İşitrak edənlər
Böyükağa Mirzəzadə
Oqtay Mirqasımov
Elçin Axundov
Rafiq Nəsirov
Tarix: 09.02.2013 / 14:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 170 Bölmə: Filimler