Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tilsim (film, 2005)

Məzmun
Niyə “Tilsim”?

Bu suala cavab axtarmaq çox çətindir. Əvvəla ona görə ki, əsərdə baş verən bir çox hadisələrin sonradan real olmaması şübhəsi yaranır. Yəqin bütün bunların hamısı “tilsim”lənmiş zamanın diktəsi imiş. Oruc Zeynalov (Muxtar İbadov) həkim psixiatrdır. Təmin olunmuş həyatı, Moskvada oxuyan oğlu, onu canından artıq sevən həyat yoldaşı Pakizə (Fərqanə Quliyeva), məşuqəsi, tibb bacısı Ofeliya (Lalə Mustafayeva), dostları, füsunkar bağı. Onun həyatı sadaladıqlarımızın fonunda sakit keçir, lakin müəyyən müddətədək, daha doğrusu bağı öz adına çıxarmaq istəyən Baləminin (Rəzzaq Məmmədov) meydana çıxmasına qədər...

Film haqqında
Çəkilişlər "Azərbaycanfilm" kinostudiyasının pavilyonunda, Binəqədi rayonunda, Bakının küçələrində və ev şəraitində aparılmışdır.
Film “Film” Prodüser Mərkəzinin 4-cü filmidir.
Film Anarın “Vahimə” hekayəsi əsasında çəkilib.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin Müəllifi : Anar
Ssenari müəllifi : Kamran Qasımov
Quruluşçu rejissor : Kamran Qasımov
Quruluşçu operator : Mirzə Ələkbərov, Yuri Varnovski
Məsləhətçi Rəssam : Rəfael Əsədov
Musiqi Tərtibatı : Rauf Əliyev
Qrim üzrə Rəssam : Vəfa Yunusova
İcraçı prodüser : Elnur Əliyev
Səs rejissoru : Emin Nəsirli
Montaj Rejissoru : Mahir Rəhimov
Pirotexnik : Vaqif Qurbanov
İşıqçı : Şəmsi Qədirov
İkinci Rejissor : Nadir Əliyev
Fotoqraf : Elnur Babayev
Operator assistenti : Elnur Babayev
Qrim üzrə Assistent : Aybəniz Yunusova
Musiqisindən İstifadə edilən Bəstəkar : Rafiq Babayev
Bədii Rəhbər : Yalçın Əfəndiyev
Məsləhətçi : Ağabəy Sultanov

Rollarda
Muxtar İbadov-Oruc Zeynalov
Lalə Mustafayeva
Fərqanə Quliyeva
Rəzzaq Məmmədov
Natiq Fərzəliyev

Sponsor
“Bakond” Firması


Tarix: 16.02.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 359 Bölmə: Filimler
loading...