Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağ atlı oğlan (film, 1995)

Məzmun
Romantik filmdə Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından söhbət gedir. Film tamaşaçıları fədakarlığa, vətənpərvərliyə çağırır.
Filmin qəhrəmanı nağıllar aləmində yaşayan, tez-tez nənəsinin danışdığı nağılları yada salan 12-13 yaşlı Muraddır (Abbasqulu Əbluc). Onun ən çox sevdiyi "Ağ atlı oğlan" nağılıdır. Bu nağılın qəhrəmanı hər dəfə ağ paltarda, ağ atda gözlənilmədən meydanda görünəndə xalq ədalətin, xeyrin şər üzərində qələbəsinin şahidi olur. Və günlərin birində Qarabağ uğrunda döyüşlərdə Murad da öz ağ tankında meydanda görünür...
Film nikbin sonluqla bitir. Çünki romantik qəhrəman Azərbaycanın rəmzi səviyyəsinə qaldırılır. Bu qəhrəman Azərbaycan xalqının möhkəm iradəsini, ölməzliyini bir daha nümayiş etdirir

Film haqqında
Film aktyor və rejissor Həsən Əblucun xatirəsinə həsr olunmuşdur.
Filmin çəkilişləri zamanı aktyor Yaşar Nuri ilə rejissor Ənvər Əbluc arasında yaradıcılıq mübahisəsi düşür və aktyor əsəbiləşərək çəkiliş meydançasını birdəfəlik tərk edir. Çətin vəziyyətdə qalan rejissor məcbur olub ssenaridə dəyişiklik edərək Yaşar Nurinin oynadığı Əbdül dayını filmin ortasında "öldürür". Bu küsülülük uzun çəkdiyindən Əbdül obrazını aktyor Rasim Balayev səsləndirmişdi.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : İsi Məlikzadə, Ənvər Əbluc
Quruluşçu rejissor : Ənvər Əbluc
Quruluşçu operator : Rafiq Əliyev (III), Rövşən Quliyev(Rövşən Cavanşiroğlu kimi)
Quruluşçu rəssam : Nizami Bəydəmirov
Bəstəkar : Oqtay Rəcəbov
Səs operatoru : Akif Nuriyev
Rejissor : Əliheydər Şahbazov
Operator : Sərvər Rəşidoğlu
Montaj edən : Nelli Dadaşova
Montaj üzrə assistent : Xalidə Cəfərova
Rejissor assistenti : G. Kərimova, K. İslamova, İ. Məmmədov, Ənvər Həsənov
Operator assistenti : Z. Niftullayev, Nizami Səfərov
Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı : Rauf Dadaşov
Fotoqraf-Rəssam : Natiq İbrahimov
İşıq Ustası : Adil Dadaşov, B. Kildyakov
Pirotexnik : Əlibala Məmmədov
Çalır : Rafiq Babayev Adına Ansambl
Dirijor : Oqtay Rəcəbov
Mahnı İfa edən : Flora Kərimova, İ. Əsgəroğlu
Mahnıların Mətni : Ramiz Rövşən
Hərbi Məsləhətçi : Gülməmməd Axundov (polkovnik)
Redaktor : Ramiz Rövşən(R. Əliyev kimi)
Musiqi redaktoru : İsmayıl Dadaşov
İnzibatçı : O. Ağayev, Ədalət Yunusov, Tamara Kazaçenko(T. Kazaçenko kimi)
Filmin direktoru : Arif Səfərov

Rollarda
Abbasqulu Əbluc-Murad
Orxan Nadirov-Rəşad
Sədayə Mustafayeva-Mirvari nənə
Yaşar Nuri-Əbdül dayı
Ruslan Nəsirov-Cəfər
Dilarə Nəzərova-Səidə
Səidə Səfərova-Günay
Xumar Əhədova-Xumar
Laləzar Mustafayeva-Şəhla
Elxan Quliyev-Şahin
Məzahir Ağayev-Komandir
N. Axundov-İmran
Vaqif Əliyev (II)
Lətifə Əliyeva-Əsgər anası
A. Vəliyev
Ə. Vəliyev
Fərəc Fərəcov-Erməni
Elxan Abbasov
Rafiq İbrahimov
Muxtar Əzizbəyov
İ. Əsgəroğlu

Filmi səsləndirənlər
Rasim Balayev-Əbdül dayı (Yaşar Nuri) (titrlərdə yoxdur)
Hacı İsmayılov-Şahin (Elxan Quliyev) (titrlərdə yoxdur)
Səidə Quliyeva-Şəhla (Laləzar Mustafayeva) (titrlərdə yoxdur)
Zərnigar Ağakişiyeva-Mirvari nənə (Sədayə Mustafayeva) (titrlərdə yoxdur)
Sonaxanım Mikayılova-Səidə (Dilarə Nəzərova) (titrlərdə yoxdur)


Tarix: 08.02.2013 / 20:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 533 Bölmə: Filimler
loading...