Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbas və Gülgəz (film, 2000)

Məzmun

Babalarımız tariximizi öncə daşlara köçürüb. Sonra dastanlarda, nağıllarda, ulu törənlərdə, miflərdə, sirli deyimlərdə, xalçalarda, el sənəti nümunələrində qoruyub saxlayıb. Bunların sırasında dastanlar aparıcı yer tutur. Şamanlar, ozanlar, aşıqlar bu dastanları nəsildən nəslə əmanət ötürüb, zaman öz köynəyindən keçirib. Tanrının millətə göndərdiyi ulu kişilərin boyuna biçib, bir boy da ucalıb, gəlib bizim çağlara çatıb bu dastanlar. "Dədə Qorqud", "Koroğlu" sırasında dayanan dastanlarımızdan biri "Abbas və Gülgəz"dir. Soy tariximizə işıq salan, dövlətçilik taleyimizə güzgü tutan monumental bir dastandır "Abbas və Gülgəz". Dastandakı Gülgəz Pəri obrazı Səfəvilər dönəmində Azərbaycanın başkəndi Təbrizin dastan dilində mənəvi qoruyucusudur, hamsidir. Şah bababımızın övladları, nəvələri yaddilli mirzələrdən dərs aldı, yaddaşları kütləşdi. Elin, yurdun başkəndini İsfahana köçürdülər. El bu olayı dastan yaddaşında saxladı. Gülgəz Pərinin, yəni Azərbaycanın iki istəyəni çıxdı ortaya: biri elin təmsilçisi Tufarqanlı Abbas, o biri hökmü yeddi iqlimə işləyən şah oğlu şah Abbas. Hər iki Abbas türksoyludur...

Film "Abbas və Gülgəz" dastanı əsasında çəkilmişdir. Dastanı Aşıq Mahmud Qasımoğlu söyləyir.

Film haqqında

Film 7 gecə-seriyadan ibarətdir.
Titrlər:

Birinci gecə:
Mən gəlirdim Tufarqanın elindən
Yolum düşdü obasına Pərimin
Salam verdim, əleyk aldım cavabın
Qonaq oldum babasına Pərimin.
İkinci gecə:
Dal gərdənə tökülübdü hörmələr
Gümüş kəmər incə beli bürmələr
Atlas köynək üstə qızıl düymələr
Düzülübdü yaxasına Pərimin.
Üçüncü gecə:
Peymanələr dolmayınca
Gül irəngim solmayınca
Şahdan izin olmayınca
Get Pərim, gələ bilmərəm.
Dördüncü gecə:
Ay ağalar, ay qazilər
Artıbdı fərağım mənim.
Başımı alıb gedərəm
Tutduqca ayağım mənim.
Beşinci gecə:
Gəldim, gördüm Pərim köçüb yurdundan
Yaylaq yeri çəmən olmuş, ay olmuş
Altıncı gecə:
Pozuldu bostanlar, boş qaldı tağlar
Könül istədiyin verməsən ağlar
Ağ sinən üstündən darayı bağlar
Heykəl arasından sal inciməsin

Filmin heyəti

Filmin üzərində işləyənlər

Ssenari müəllifi : Aydın Qurbanoğlu
Quruluşçu rejissor : Rövşən Almuradlı
Quruluşçu operator : İzzətulla Əzizov
Quruluşçu rəssam : Nabat Səmədova
Səs rejisoru : Rəşad Mustafayev
Montaj : Azər Abbasov
Rejissor assistenti : Mikayıl Əjdəroğlu(Mikayıl Nəsirov kimi)
Operator assistenti : Mahmud Əhmədov
Rəssam assistenti : Afaq Bayramova
İnzibatçı : Əli Əliyev
Sürücü : Tərlan Mehdiyev
Dastanı söyləyən : Aşıq Mahmud Qasımoğlu
Redaktor : Vüqar Tapdıqlı
Direktor : Valeh Həsənov
Mətni oxuyan : Bəxtiyar Şərifzadə(titrlərdə yoxdur)

Filmdə iştirak edənlər

Xəyalə Qəribqızı
Səyyad Aydınoğlu
Nəbi Öysüzlü
Aşıq Ələsgər
Məryəm Bəşirqızı
Bayram Camaloğlu
Xan Qurbanoğlu
Zərdabi İsgəndəroğlu
Bəhlul Kərimoğlu
Fərman Hüseyn
Asim
Ervin
Aysel
Həcər
Qasım
Türkan
Əhməd
Ramal


Tarix: 08.02.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 586 Bölmə: Filimler
loading...