Məzmun
Laqeydlik-bu, bizim narahat dövrümüzün əsas bəlasıdır. Və onunla mübarizə hər birimizin vətəndaşlıq borcudur. Film tamaşaçıları öz həyat mövqeyi üzərində düşünməyə məcbur edir.
Kinolent insan və təbiət, onların qarşılıqlı əlaqəsi, insanın zəngin mənəviyyatı və əxlaqi kamilliyi haqqındadır.
Avtobusdakı bəzi sərnişinlər can verən "qızıl balığı" qurtamaq üçün əllərindən gələni edir, bəziləri isə buna biganə yanaşır. Hadisələr kiçik bir avtobusda baş versə də əslində bu, böyük bir cəmiyyəti əhatə edir. Həmin cəmiyyətdə laqeydlər də çoxdur, zəngin mənəviyyatı olanlar da.
Film haqqında
Filmdə çəkilmək üçün beş "qızıl balıq" alınmışdır. Ancaq əvvəldən axıra qədər təkcə "Ağabala" ləqəbli balıqdan istifadə olunmuşdur.
Film rejissor Nicat Feyzullayevin quruluşçu rejissor kimi bədii kinoda ilk işidir.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifi : Natiq Rəsulzadə, Nicat Feyzullayev
Quruluşçu rejissor : Nicat Feyzullayev
Quruluşçu operator : Nizami Abbasov
Quruluşçu rəssam : Mirzə Rəfiyev
Səs operatoru : Akif Nuriyev
Rejissor : Nadir Əzməmmədov
Operator : Həsən Yaqubov
Montaj edən : Lidiya Vyalsova
Musiqi redaktoru : İsmayıl Dadaşov
Rejissor assistenti : N. Məmmədova
Operator assistenti : Elxan Hüseynov
Redaktor : Eldəniz Quliyev
Filmin direktoru : Nadir Əliyev
Musiqisindən İstifadə edilən Bəstəkar : Müslüm Maqomayev("Gümüşgöl Əfsanəsi" bədii filmindən) (titrlərdə yoxdur)
Rollarda
Kamil Məhərrəmov-Avtobus sürücüsü
Ə. Məmmədov
Aqşin Feyzullayev-Uşaq
Ə. Ələsgərov
S. Məmmədova
Kübra Dadaşova-Sərnişin
Tələt Rəhmanov-Nərd oynayan
K. Ümüdov
Rahib Əliyev
Həqiqət Nəbiyeva
Arif Kərimov-Sərnişin
Elnarə Məmmədova
Arzu Ocaqverdiyev
Ələsgər Qurbanəliyev
Q. Məmmədov
Fərəc Fərəcov-Sərnişin
Əhəd Əsgərov
K. Həsənova
T. Yaqubov
Leyla Manafova
Əhməd Əhmədov-Sərnişin
Əlibala Əliyev
Vahid Əliyev-Sərnişin
Mustafa Süleymanov-Sərnişin
Tarix: 17.02.2013 / 17:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 257 Bölmə: Filimler