Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hərənin öz payı+tayı (film, 2006)

Məzmun
Film adidən də adi bir məişət əhvalatı üzərində qurulub: Mayılla(Rəfael İsgəndərov) Qəndab(Samirə Əliyeva) bir ildir ki, nişanlıdırlar. Bakıya oxumağa getmiş Qəndab geri qayıdanda valideynlərindən nişan üzüyünü qaytarmağı tələb edir. Hadisələrin gedişatında məlum olur ki, Qəndab Bakıda Fəqan(Coşqun Rəhimov) adlı bir gənclə tanış olub və onlar bir-birilərini sevirlər. Fəqan da sevgilisinin arxasınca kəndə gəlir və bundan sonra hadisələr daha da mürəkkəbləşir...

Film haqqında
Film İsi Məlikzadənin xatirəsinə həsr edilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : İsi Məlikzadə, İzzət Əzizov, Firudin Məhərrəmov
Quruluşçu rejissor : İzzət Əzizov
Quruluşçu operator : İzzət Əzizov
Quruluşçu rəssam : Nabat Səmədova(Nabat Məhərrəmqızı kimi)
Rejissor : Elşən Heydərov
Bəstəkar : Rauf Məmmədov
Səs rejissoru : Rəşad Mustafayev
Operator : İlkin Umudov
Montaj edən : Tərlan Ələkbərzadə
Mahnının Sözləri : İsmayıl Dadaşov
Rejissor assistenti : Vüsal Mehrəliyev, Qurban Həsənov, Cəmilə Məmmədova (II)
İşıq üzrə Rəssam : Adil İslamzadə
Səs operatoru : Əli Abbas Qasımov(Əliabbas Qasımov kimi)
Prodüser : Rəfael İsgəndərov, Tərlan Ələkbərzadə
Filmin direktoru : Ramiz İsrafilov(Ramiz İsrailov kimi), Mahmud Əhmədov
Mahnı ifa edir : Ruhəngiz Allahverdiyeva, Nadir Qafarzadə

Rollarda
Xuraman Əlizadə-Səməni
Valeh Kərimov-Seyfi
Coşqun Rəhimov-Fəqan
Samirə Əliyeva-Qəndab
Rəfael İsgəndərov-Mayıl
Ülviyyə Əliyeva-Çiçək
Mübariz Əlixanoğlu-Əbülhəsən
Əzizağa Əzizov-Əlipaşa
Fatma Mahmudova-Gülxanım
Ramiz Sərkərov-Qara
Elmira Hidayətova-Minayə
Vüsal Mehrəliyev-Fariz
Nabat Mədətqızı-Qumru
İqrar Salamov-Tamada
Ruhəngiz Allahverdiyeva-Toy müğənnisi (titrlərdə yoxdur)
Nadir Qafarzadə-Toy müğənnisi (titrlərdə yoxdur)

Çəkilişə köməklik edən qurumlar
"Qayi Bulax" İstirahət Mərkəzi
Qaya Kənd Bələdiyyəsi
"Şikar" Ovçu Mağazası
"Cagteks" Gəlinlik Salonu

Çəkilişə kömək edənlər
Sevil Qazıbəyova
Gülya Vəkilova
Şövkət Əbdülrəhmanov
Şakir Baqişev
Hidayət Qazımətov
Murad Ataşov

Sitatlar
Kadrarxası mətn : Yəqin ki, maraqlıdır. Görəsən bu avtobus haraya gedir? Deməyəcəyəm hansı rayona, hansı kəndə gedir. Sadəcə Azərbaycanımızın gözəl guşələrindən birinə aparır bizi. Niyə aparır? Onu da deməyəcəyəm. Bir də ki bunları əvvəldən desəm tamam maraqsız olar axı. Yaxşısı budur gəlin qəhrəmanlarımızla tanış olaq.
Səməni (Xuraman Əlizadə) : Nə atılmalı tüfəngdir.
Seyfi (Valeh Kərimov) : Aaz Səməni, mənim papağım hanı?
Fəqan (Coşqun Rəhimov) : Kim səni bu hala salıb? Niyə özünə baxmırsan?
Qəndab (Samirə Əliyeva) : Onsuz da yatmaq var səhərə qədər.Ömrü yuxulara vermək günahdır.
Mayıl (Rafael İsgəndərov) : Dözəmmirəm ta. Dözəmmirəm ta. Dözəmmirəm ta. Daha dözəmmirəm.
Çiçək (Ülviyyə Əliyeva) : Ay Allah, qız atasının evində nə qədər qalar?
Əbülhəsən (Mübariz Əlixanoğlu) : Ridnep. Nomil. Zud. Rəkəş. Bəh, yaç.
Əlipaşa (Əzizağa Əzizov) : Kül başına, Əlipaşa. Belə getsə ömrünün qalan hissəsi də burada keçəcək.
Gülxanım (Fatma Mahmudova) : Ay Allah. Balam ta dözəmmir.
Qara (Ramiz Sərkərov) : Amma pis şey deyil ha. Razı olsaydı alardım bunu.
Minayə (Elmira İdayətova) : Məndən olsaydı mən bütün kəndi, yox yox, mən bütün rayonu, yox yox, bütün ölkəni izləyərdim.
Fariz (Vüsal Mehrəliyev) : Biz tumarlamaq bu olmaz. Məsələn, ama bax Hollandiyada....
Qumru (Nabat Mədətqızı) : Mən Bakıdan gələn Qumru xanım.
Tamada (İqrar Salamov) : Əziz qonaqlar, bir daha mübarək deyək, ürəkdən mübarək deyək bugünki məclisimizə
Kadrarxası mətn : Həə, qəhrəmanlarla tanış olduq. Avtobussa elə hey gedir. Bizi baş verəcək hadisələr aparır bu avtobus.


Fəqan (Coşqun Rəhimov) : Hə yaxşı, yaxşı. Üfffff. Ay brat, bir az tez sür də lap tısbağa kimi sürünürük ee biz.
Sürücü : Tələsirsən?
Fəqan (Coşqun Rəhimov) : Hə, tələsirəm
Sürücü : Düş piyada get!
Minayə (Elmira İdayətova) : (gülür)
Fəqan (Coşqun Rəhimov) : Burada gülməli nə var ki? Güya siz tələsmirsiniz?
Sürücü : Mən ömrümdə iki dəfə tələsmişəm: bir sevdiyim qızla tanış olanda, bir də ki, ondan ayrılanda.
Minayə (Elmira İdayətova) : Sizinki yəqin "odnarazovıy" məhəbbət olub ee, "odnarazovıy".


Qəndab (Samirə Əliyeva) : Mama, sən canı elə elə dava düşməsin, nə olar. Üzüyü qaytarın, vəssalam.
Səməni (Xuraman Əlizadə) : Az, arxayın ol ee, yaxşı olacaq düzələcək. Əə sən haraya gedirsən.
Seyfi (Valeh Kərimov) : Az, altı aylıqsan? Gözlə dana! Əh. Sabahdan papağımı axtarıram, itirmişəm onu. Heç tövlədə də yoxdur.
Səməni (Xuraman Əlizadə) : Əə bu papağı gündə neçə dəfə itirmək olar? Yəqin yenə balıcın altına qoymusan.
Seyfi (Valeh Kərimov) : Bunu bayaqdan denən dənə, ay tümbətinin qızı. Əhh. Səməni, gəl sən mənə qulaq as. Qəndabın sözünə aldanıb, məni el içində xəşil eləmə.
Səməni (Xuraman Əlizadə) : Seyfi, yenə başlama. Sən el içində xəşil olmayasan deyə, mənim balam bədbəxt olmalıdır?
Seyfi (Valeh Kərimov) : Mən sənə o vaxt demişdim dana, demişdim ki, bu sevda baş tutan deyil dənə.
Səməni (Xuraman Əlizadə) : Əşi. Nə vaxt demişdin, nə demişdin?
Seyfi (Valeh Kərimov) : Ay tümbətinin qızı, sənə demədim. Sən də başladın ki, Əlipaşa bizim uzaq qohumumuzdur, özümüzünküdür.
Düz deməmişəm? Əə istəyirdim ki, balam tez ərə getsin, Əbülhəsənin qızı kimi evdə qalıb un çuvalına tay olmasın.
Seyfi (Valeh Kərimov) : Bəs indi nə oldu? Pişik asqırdı?
Səməni (Xuraman Əlizadə) : Yox, istəmir də balam. Dünya dağılmayıb ki.
Seyfi (Valeh Kərimov) : Nə təhər dünya dağılmayıb? Axı, el var, oba var.
Səməni (Xuraman Əlizadə) : Seyfi, mustafa. Qəndab deyir ki, üzüyü qaytarın, qaytarmalıyıq.
Seyfi (Valeh Kərimov) : Tfuu.
Səməni (Xuraman Əlizadə) : Düş qabağıma!
Seyfi (Valeh Kərimov) : Qəndab da elə sən ağıldadır. Görüm elə ....... Bəlkə mən partlayım.
Səməni (Xuraman Əlizadə) : Partlama, Seyfi, partlama. Qoy üzüyü qaytaraq sonra.
Seyfi (Valeh Kərimov) : Əə, mən niyə partlamıram, əə?


Tarix: 14.02.2013 / 21:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 497 Bölmə: Filimler
loading...