Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yarasa (film, 1995)

Məzmun
Filmin süjetini iki sözlə belə ifadə etmək olar: kinoda ölüm. Mövzuya gəldikdə isə o belədir: kinodan ölüm. Filmin ideyası: kinonun ölümü
Filmin mövzusu təsadüfən yaranmayıb. Bu, rejissorun indiyə kimi kino haqqında, mədəniyyət haqqında olan düşüncələrənin nəticəsidir. Bu, rejissorun kinoya olan məhəbəti və nifrətidir. Hər bir adamın daxilində bu iki məfhum, bu hisslər ayrılmazdır. Bəs nəyə görə nifrət? Çünki kino insanı real həyatdan ayırır.
"Yarasa" tamaşaçıya həsr olunmuş kino əsəridir, daha doğrusu, sənət əsərinə tamaşa edən gözlər haqqındadır. Məhz buna görə də onun qəhrəmanı kor olur. Onun kor olması kinoya səsin gəlməsi ilə əlaqədardır. Kinoya səs gəlir...

Festivallar və mükafatlar
1)1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi
Kinolent ən yaxşı bədii filmə görə Mükafat və Priz almışdır.
Ən yaxşı təsvir həllinə görə quruluşçu operator Bağır Rəfiyevə və quruluşçu rəssam Şamil Nəcəfzadəyə Mükafat və Priz verilmişdir.
Ən yaxşı kişi rolunun ifasına görə aktyor Rasim Balayevə Mükafat və Priz verilmişdir.
2)1995-ci ildə Soçidə Beynəlxalq "Kinotavr" kinofestivalı
Quruluşçu rejissor Ayaz Salayevə beynəlxalq kinoklublar təşkilatının Priz və Diplomu verilmişdir.
3)1996-cı ildə
Quruluşçu rejissor Ayaz Salayevə "Bakılı" cəmiyyətinin "Humay" Mükafatı verilmişdir.
4)1996-cı ildə Anje (Fransa) Ümumavropa debüt kinofestivalı
Filmə Baş mükafat və Diplom verilmişdir.
5)1996-cı ildə İsgəndəriyyə (Misir) Beynəlxalq kinofestivalı
Filmə festivalın ən yaxşı filmi kimi tənqidçilərin Xüsusi Prizi verilmişdir.

Film haqqında
Film dünya kinosunun 100 illiyinə həsr olunmuşdur.
Film postmodernizm cərəyanı üslubunda çəkilib. Almaniyanın "Frank Furter Rundşau" qəzeti yazmışdır ki, "Yarasa" filminin quruluşçu rejissoru Ayaz Salayev postmodernizm cərəyanında yeni bir üslubun banisidir.
Filmdəki filmoqrafiya: "Qolem" (Almaniya, 1914, rejissor Paul Veqener), "Doktor Kaliqarinin kabinəsi" (Almaniya, 1914, rejissor Robert Vine), "Gecəyə qaçış" (Almaniya, 1920, rejissor Fridrix Vilhelm Murnau), "Mavi mələk" (Almaniya, 1930, rejissor Cozef fon Şternberq), "Böyük şəhərin işıqları" (ABŞ, 1931, rejissor Çarlz Çaplin)
Filmdəki biblioqrafiya: Pedro Kalderon-"Kabus qadın" (dram), Tomas Mann-"Tonio Kryoger" (hekayə), Şarlotta Bronte-"Ceyn Eyr" (roman), Ceffri Çoser-"Kenterberi hekayələri", Cəfər Cabbarlı-"Sevil" (pyes), Vladimir Nabokov-"Qaranlıqda gülüş" (roman), Sergey Eyzenşteyn-"Şüşə ev" (ssenari üçün qeydlər), Bernard Şou-"Piqmalion" (pyes)

Filmin heyəti

Film üzərində işləyənlər(titrlərdəki sıraya görə)
Prodüser : Saday Əhmədov
Quruluşçu rejissor : Ayaz Salayev (Ayas Salayev kimi)
Quraşdırılmış səhnələrin operatoru : Antonina Korotnitskaya
Quraşdırılmış səhnələrin rəssamı : Fatma Qurbanova
Montaj edənlər : Tamara Nərimanbəyova, Rəfiqə İbrahimova
Geyim rəssamları : Nailə Cəfərova, Əli İsgəndərov
Səs operatoru : Teymur Abdullayev
Quruluşçu rəssam : Şamil Nəcəfzadə
Bəstəkar : Nazim Mirişli
Quruluşçu operatorlar : Bağır Rəfiyev, Yuri Varnovski
Bədii rəhbər : Cəmil Quliyev
Ssenari müəllifləri : Kamal Aslanov, Ayaz Salayev
Musiqilərindən istifadə edilən bəstəkarlar : Con Qrin, Fridrix Xollender, Çarlz Çaplin

Rollarda
Mariya Lipkina-Turan
Rasim Balayev-Ağabəy
Tolib Xamidov-Nuru
Sevil Rəsulova
Davud İmanov
Rövşən Məmmədov (II)
Rüfət Əsədov
Məmmədhüseyn Mehdizadə
Zərnigar Ağakişiyeva
İdris Rüstəmov
Vitali Kolmanovski
Yelena Fadeyeva
Əli Kazımov


Tarix: 17.02.2013 / 17:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 402 Bölmə: Filimler
loading...