Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ev (film, 1986)

Ev (ing. House) - ABŞ film rejissoru Stiv Mayner tərəfindən komediyalı qorxulu film janrında çəkilən ABŞ filmidir. Filmin il baxış tarixi 27 Fevral 1986-cı ildə baş tutmuşdur. Film ABŞ-da ilk həftədə $5 923 972 milyon, ümumi hesabda isə $19 444 631 milyon gəlir əldə etmişdir.[3][4] Filmin üç hissəli davamı da çəkilmişdir.[5] Filmin saundtrek albomu 1987-ci ildə buraxılmışdır.[6]Mündəricat
1 Məzmun
2 Mükafatlar nominasiyalar
2.1 Mükafatlar
2.2 Nominasiyalar
3 İstinadlar
4 Xarici keçidlər


Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Cavan yazıçı Rocer Kobb (Uilyam Ket) həyatı boyu müxtəlif uğursuzluqlar yaşayıb. Ondan həyat yoldaşı ayrılmış və oğlunu itirmişdir. Rocer nisbətən məşhurluq qazanan yazıçılardan biridir. Bir gün ona Vyetnam müharibəsi haqqında qorxulu roman mövzusu yazmaq təklif olunur. Rocer mövzusunu daha da yaxşılaşdırmaq üçün uşaqlıq vaxtlarını keçirdiyi və oğlunu itirdiyi evə gəlir. Bir müddət əvvəl onun xalası (Syuzan Frenç) özünü asmışdır. Bu müddətdən etibarən nəsilliknən xalasından özünə düşən evdə gecə vaxtları qəribə səslər eşidilməyə başlanılır. Rocerin xalası dəfn olunduqdan sonra buranı satmamaq üçün Rocer bura gəlir və kitabını kompyuterdə yazmağa başlayır.

Artıq kitabın mövzusunun bünövrəsi qoyulmuşdur. Lakin zaman keçdikcə Rocer iki mərtəbəli evin otaqlarından qəribə səslər eşitməyə başlayır. Səs gələn otağa yaxınlaşdıqda bir müddət əvvəl özünü asaraq öldürən xalasını görür. Xalası ona bu evi indidən tərk etməsini deyərək yoxa çıxır. Amma Rocer onun sözlərinə qulaq asmır və kitabını yenidən yazmağa başlayır. Bu zaman Rocer şkafdan səs eşidir. Şkafa tərəf yaxınlaşan Rocerin üzərinə qəribə bir varlıq atlanır və bunu görən Rocer otağı tərk edir. Rocer otağa baxanda həmin varlığın yoxa çıxdığını görür.

Vaxt keçdikcə Roceri həm ev, həm kitabın mövzusu, həm də real həyat düşündürməyə başlayır. Onun evinə gözlənilmədən polislər gəlir, qonşu evdən bir nəfər oğlunu Rocerin yanında qoyur, digər qonşuluqda yaşayanlardan biri Harold (Corc Vendt) isə sadəcə onunla çoxlu boş-boş sözlər danışmaq istəyir. Rocer ona burada keçirdiyi qorxulu hisslərindən danışır. Harold isə onun bir dəli olduğunu ehtimal edir.

Gecələrin birində yenədə həmin səslər eşidilməyə başlanılır. Rocerin üzərinə yenidən bir məxluqla rastlaşır. Rocer qaçan zaman təsadüfən qaranlıq otaqların birində oğlu Cimmini tapır və oölu ilə birgə qaçmağa başlayır. Rocer həyətə qaçan zaman əsərindəki qəhrəmanlardan biri olan Biq Benin (Riçard Moll) canlı ölü bədənini görür. Rocer Vyetnam müharibəsindəki və bunun əsasında yazdığı kitabdakı hadisələri yadına salmağa çalışır. Rocer müharibədə olan zaman yaralanmış Biq Beni öldürməyə yazığı gəlir. Lakin onun üzündən Biq Ben yaralanmış halda əsir düşür və böyük əziyyətlər çəkir. Bu səbəbdən Biq Ben onun həyatını məhv etmək istəmiş və onun oğlunu qaçırmışdır. Buna baxmayaraq Roer bütün qorxu hisslərini dəf edərək, Biq Benə qalib gəlir və həyatındakı hadisələri öz idarəsi altına alır. Artıq Cimmi Rocerin yanındadır və Rocerin bundan böyük arzusu yox idi.


Tarix: 19.02.2013 / 20:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 334 Bölmə: Filimler
loading...