Məzmun
Film iki dost-Yusif (Lev Sverdlin) və Alyoşanın (Nikolay Kryuçkov) başına gələn əhvalatlardan söhbət açır. Hadisələr Azərbaycanın cənubunda, Sara adasında balıqçılıq sovxozunda cərəyan edir. Günlərin birində dostlar balıqçıların köməyinə gələrkən, Xəzər dənizində tufana düşür, onların qayığını şahə qalxmış dalğalar bir an içərisində çevirir. Yaxınlıqdakı kolxozun balıqçıları hər iki dostu xilas edirlər. Dostlar fəhlə qəsəbəsində qalıb işləyir, balıqçı qızı Maşenkaya (Yelena Kuzmina) vurulurlar. Bundan sonra onların arasında anlaşılmazlıqlar yaranır, hətta bir-birilərinə rəqib olurlar. Nəticədə məlum olur ki, Maşa şimalda xidmət edən həmyerlisini sevir və onun yolunu gözləyir.
Film haqqında
Film həm operator kimi, həm də quraşdırılmış səhnələrin operatoru kimi Mirzə Mustafayevin kinoda ilk işidir.
İlk Azərbaycan səsli filmidir. Həmçinin, film ilk səsli Sovet filmidir. Səs rus alimi və ixtiraçısı, mühəndis Pavel Tagerin sistemi üzrə yazılmışdır.
Bu film Bernar Eyzenşitsin (fransa) dünya kinosunun bütün dövrlərinin ən yaxşı 12 əsərinin adı çəkilən I siyahısına (kino sənəti kimi tarixi inkişafda) daxil edilib. Eyni zamanda film sıravi tamaşaçı kimi Naum Kleymanın (Rusiya) bütün dövrlərin ən yaxşı 12 əsəri kimi adı çəkilən III siyahısına (sıravi tamaşaçı kimi) daxil edilib.
Dünya kinosunun 100 illiyi münasibətilə ən nüfuzlu kinoşünaslar arasında keçirilən sorğuya əsasən bu film dünya kinosunun ən yaxşı 12 əsəri siyahısına daxil edilmişdir ("Kinovedçeskiye Zametki", 1995, N27). Belə ki, "Kinovedçeskiye Zametki" (kinoşünasın qeydləri) jurnalı müxtəlif ölkələrin kino tarixçi, tənqidçi, nəzəriyyəçi və kinoşünaslarına bütün dövrlərin ən yaxşı 12 filmini müəyyənləşdirmək üçün müraciət edir. 3 kateqoriya vardı: kinonun incəsənət növü kimi inkişafında rol oynamış 12 film (tarixçi nəzərindən) müasir kino mədəniyyəti üçün aktual və qiymətli 12 film (tənqidçi nəzərindən) şəxsən bəyəndiyiniz 12 film (tamaşaçı nəzərindən). Anket cavablarına kinoşünas Naum Kleymanın (Rusiya) və kino nəzriyyəçisi Bernar Ayzenşits (Fransa) siyahılarında "Mavi Dənizin Sahilində" filminin adı da vardı. (Aylin "Kəndlilər, Köçərilər, Mavi dənizin sahilində", Kino+ qəzeti, 29.09.2006, səh 10).
Filmin heyəti
Filmin üzərində işləyənlər
Ssenari müəllifi : Klimenti Mints
Quruluşçu rejissor : Boris Barnet
Quruluşçu operator : Mixail Kirillov
Quruluşçu rəssam : Viktor Aden
Bəstəkar : Sergey Pototski
Səs operatoru : A. Qornşteyn
İkinci Rejissor : Səməd Mərdanov
İkinci operator : Mirzə Mustafayev
Rejissor assistenti : Məmməd Əlili, K. Pavlidi
Operator assistenti : S. Antipov
Quraşdırılmış səhnələrin operatoru : Mirzə Mustafayev
Musiqi Tərtibatçısı : Səməd Mərdanov
Rollarda
Yelena Kuzmina-Mariya
Lev Sverdlin-Yusif
Nikolay Kryuçkov-Alyoşa
Mirzəağa Əliyev
İsmayıl Əfəndiyev
Semyon Svaşenko
Lyalya Sateyeva
Aleksandr Jukov
Andrey Dolinin
Sergey Komarov
Boris Barnet
Tarix: 15.02.2013 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 223 Bölmə: Filimler