Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşkarsızlıq şəraitində... (film, 1986)

Məzmun
Film oğurluq məqsədilə adam öldürmüş təhlükəli cinayətkar qrupun işilə bağlı 1986-cı ilin may ayında keçirdiyi 18/34814 nömrəli cinayət işinin istintaq eksperimentinin sənədli kadrları ilə başlayır. Filmdə söhbət hüquq təcrübəsində aşkarsızlıq adlanan cinayətdən gedir...

Film haqqında
Film rejissor Fərhad Yusifovun quruluşçu rejissor kimi kinoda ilk işidir.
Film aktyor Çingiz Şərifovun kinoda ilk işidir.
Film aktyor Fərman Abdullayevin kinoda ilk işidir.
Bu filmin çəkildiyi müddətdə Azərbaycan prokurorluğu 29 ağır cinayətin üstünü açmışdır. Bunların da çoxu aşkarsızlıq şəraitində baş vermişdir.
Moskvadan filmə dəvət olunan kaskadyor qrupunun rəhbəri Valeri Leontyev (tanınmış müğənninin adaşıdır) olub. Valeri Leontyevin rəhbərlik etdiyi həmin kaskadyor qrup SSRİ Kinematoqrafiyası üçün lazım olan bütün tryukları özləri həyata keçirirdilər. Riqada olan çəkilişlər zamanı Valeri Leontyev uçuş tryuklarında iştirak edərkən ayağı sınmışdı və bunun nəticəsində də ayağı qatlanmırdı. O, qatlanmayan ayağı ilə motosiktelə minərək elə tryuklar nümayiş etdirirdi ki, adam lap mat-məəttəl qalırdı. Çünki tryuk vaxtı onun ayağının zədəli olması hiss olunmurdu.
Film 2-ci kateqoriya alıb.

Filmin heyəti

Filmin Üzərində İşləyənlər
Ssenari müəllifi : Ramiz Fətəliyev
Quruluşçu rejissor : Fərhad Yusifov(Fərhad Yusufov kimi)
Quruluşçu operator : Yefim Reznikov
Quruluşçu rəssam : Fikrət Bağırov
Bəstəkar : Faiq Sücəddinov
Səs operatoru : Kamal Seyidov
İkinci Rejissor : Elmira Əliyeva
İkinci operator : Nemət Rzayev
Geyim rəssamı : M. Manuvaxova
Montaj edən : R. Novikova
Qrim rəssamı : Elbrus Vahidov
Rejissor assistenti : S. Mirzəyeva
Operator assistenti : T. Əlizadə, V. Konevtsov
Rəssam assistenti : Y. Kirşner
Montajçı Assistenti : Rahidə Quliyeva(R. Quliyeva kimi), Ş. Əliyeva
Məsləhətçi : İdris Əsgərov (böyük ədliyyə məsləhətçisi), R. Əliyev (birinci dərəcəli hüquq məsləhətçisi)
Trüklərin Quruluşçusu : V. Leontyev
Kaskadyor : A. Andreyev, A. Akimkina, A. Xodırev, A. Lubnı, A. Mixnovski, S. Kuleşova, A. Kasparov
Fotoqraf-Rəssam : B. Daskovski
Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev
Çalır : Rafiq Babayevin İdarəsilə İnstrumental Ansambl
İşıq üzrə Rəssam : V. Ağacanov
İşıq Ustası : Nataliya Qudovskaya
Redaktor : Toğrul Cuvarlı, Q. Juravlyova
İnzibatçı : Məmməd Qurbanov, Tamara Kazaçenko(T. Kazaçenko kimi), Nəmxuda Usubəliyev
Filmin direktoru : İnessa Safronova
Musiqilərindən İstifadə edilən Bəstəkar : Dmitri Şostakoviç, Kşiştof Penderetski

Rollarda
Çingiz Şərifov-Məmmədov
Fərman Şəkili(Fərman Abdullayev kimi)-Ələkbərov
Nail Əliyev-Zeynalov
Faiq Sücəddinov-Şəfiyev
Vyaçeslav Həsənov-Musazadə
Xerardo Kontrares-Krultsov
Dinarə Yusifova-Salahovun qızı
Rasim Rəhimov-Trest müdiri
Bayandur Mehdiyev-Rəis
Əhəd Əsgərov-Mühasib
Loğman Kərimov-Salahovun sürücüsü
Rövşən Əliyev-Prokuror
Məbud Məhərrəmov-Gözətçi
Nataliya Tağıyeva(Nailə Bağırova kimi)-Qonşu
Yuri Mnatsakanov-Qonşu
İlyas Hüseynov-Qonşu
Oqtay Əsədov (II)
A. Qlazov
Q. Mövsümov
F. Cəfərova
Q. Zeynalov
Rafiq Qasımov
T. Markatun
R. Krım
S. Vaysman
Fuad Şabanov
E. Hüseynov
M. Məmmədov
Ruhəngiz Qasımova-Qonşu
A. Əliyev
F. Vıskubov

Filmi səsləndirənlər
Rasim Balayev-Məmmədov (Çingiz Şərifov) (titrlərdə yoxdur)
Ədalət Məmmədov-Hüquq işçisi (titrlərdə yoxdur)
Nəcibə Hüseynova-Qonşu (titrlərdə yoxdur)
Ramiz Əzizbəyli-Gözətçi (Məbud Məhərrəmov), Krultsov (Xerardo Kontrares) (titrlərdə yoxdur)
Ramiz Məlikov-Trest müdiri (Rasim Rəhimov) (titrlərdə yoxdur)
Yaşar Nuri (titrlərdə yoxdur)
Hamlet Xanızadə-Şəfiyev (Faiq Sücəddinov) (titrlərdə yoxdur)
Eldəniz Rəsulov-Zeynalov (Nail Əliyev) (titrlərdə yoxdur)
Hacı İsmayılov-Musazadə (Vyaçeslav Həsənov) (titrlərdə yoxdur)
Nuriyyə Əhmədova-İşçi (titrlərdə yoxdur)


Tarix: 09.02.2013 / 15:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 427 Bölmə: Filimler
loading...