Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir dəfə Amerikada (film, 1984)

Bir dəfə Amerikada—1984-cü ildə rejissor Serco Leonenin çəkdiyi film. ABŞ-İtaliya istehsalıdır.

Film haqqında

Rejissor Serco Leonenin 1984-cü ildə çəkdiyi və baş rollarda Robert de Niro və Ceyms Vudsun oynadığı film…

Film 1920 və 30-cu illərdə Nyu-York qanqsterlərinin həyatından bəhs edir. Film Harri Qreyin məşhur “The Hoods” əsəri əsasında çəkilib. Orijinal versiyası 4 saat 29 dəqiqə davam edən film 1984-cü ildə Kann Film Festivalında müsabiqədən kənar nümayiş etdirildi. Filmi ABŞ-da göstərmək üçün ondan filmi montaj etmək və qısaltmaq tələb olundu. Nəticədə 2 saat 19 dəqiqəlik film alındı. Bu isə uğursuzluqla nəticələndi. Film 5 BAFTA , 2 Qızıl Qlobusa namizəd oldu. Çox təəccüblü olsa da, film heç bir Oskar nominasiyası əldə etmədi. Bunu bəlkə də ABŞ-da ekranlara çıxan qısa və uğursuz versiya ilə əlaqələndirmək olar. Film həmçinin sonradan məşhur aktrisaya çevriləcək Cennifer Konellinin film debütü idi.

Film 1920-60-cı illər arasındakı hadisələri əsasən xatirələrlə əks etdirir. Devid “Noodles” Aaronson kasıb ailədən olan və həyat uğrunda mübarizə aparan uşaqdır. Daha sonra Maks Berkoviçlə görüşən Devid digər uşaqların da qoşulduğu kiçik dəstə yaradırlar. Devid digər dəstənin başçısı Baqsini öldürdüyünə görə həbs edilir. Həbsdən azad olduqdan sonra o, Maksla yenidən birləşir və qanqster fəaliyyətinə davam edir.

Rollarda
Robert de Niro - David 'Noodles' Aaronson
James Woods - Maximilian 'Max' Bercovicz
Elizabeth McGovern - Deborah Gelly
Tuesday Weld - Carol
Treat Williams - James Conway O'Donnell
James Hayden - Patrick 'Patsy' Goldberg
Joe Pesci - Frankie Minaldi
Larry Rapp - 'Fat' Moe Gelly
Danny Aiello - Police Chief Vincent Aiello
William Forsythe - Philip 'Cockeye' Stein
Burt Young - Joe
Darlanne Fluegel - Eve
Dutch Miller - Van Linden
Robert Harper - Sharkey
Richard Bright - Chicken Joe


Tarix: 19.02.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 364 Bölmə: Filimler
loading...