Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Neft və milyonlar səltənətində (film, 1916)

Məzmun
Film neft Bakısının XX əsrin əvvəllərindəki həyatını, Bakı müsəlman milyonçularının məişətini, bir parça çörək üçün neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranını ekranda canlandırmışdır.Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin (V. A. Lenin)taleyi fonunda cərəyan edir. Təsadüf nəticəsində yoxsul və kimsəsiz Cəlilin varlı bir neft sahibkarına çevrilməsi, Lütfəli (Hüseyn Ərəblinski) kimi pozğun və qəddar neft milyonçusu ilə dostluq etməsi onu nəinki müflisləşdirir, hətta məhv edir. Burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn kasıb balasının burada özünə yer tapa bilməməsi və buna mənən hazır olmaması onun faciəsi ilə nəticələnir.

Film haqqında
Yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
Film ilk dəfə Hacı Zeynalabdin Tağıyevin pasajında "Fransız Elektrobioqrafı"nda (indiki Bakı Universal Mağazası) göstərilmişdir.
Binəqədidə mədəndə baş verən yanğın da filmə daxil edilmişdir.
Filmi müşayiət edən yazılar həm Azərbaycan, həm də rus dillərində köhnə psixoloji və salon dram əsərləri ruhunda yazılmışdır.
Film aktyor Hüseyn Ərəblinskinin kinoda ilk və son işidir.
Film Məmməd Əlilinin kinoda ilk işidir.
Film son illərə kimi Azərbaycanda çəkilən ilk film sayılırdı. Yəni Azərbaycan kinosunun tarixi 14 may 1916-cı ildən, bu filmin ilk dəfə göstərildiyi gündən hesablanırdı.
Film "Piron qardaşları" şirkətinə məxsus idi.
Filmi çəkmək üçün şirkət Peterburqdan rejissor Boris Svetlovu Bakıya dəvət etmişdi.
Film Bakıdan başqa Zaqafqaziya və Orta Asiyanın bir çox şəhərlərində nümayiş etdirildi.
Filmin titrləri azəricədir.
Balaxanı neft mədənlərində milyonçu Səlimovun nəhəng neft sahələrindəki yanğın zamanı sənədli surətdə lentə alınaraq filmə salınmışdır.
Filmin qəzet reklamlarındakı "mədənlərdəki böyük yanğın dəxi göstəriləcəkdir" ("Yeni İqbal" qəzeti 07.07.1916) elanını təsdiq edən mədəndə yanğın kimi sensasiyalı reportaj süjeti bədii oyun kinodramaturgiyasının şərtiliyini pozur. "Toy" və "Kazinoda şənlik" epizodlarında xanəndə Cabbar Qaryağdıoğlunun musiqi üçlüyünün ifası səssiz olduğundan, illüstrativ xarakter daşıyaraq üzvi şəkildə dramaturji struktura daxil ola bilmir. (Aydın Dadaşov "Ssenari yaradıcılığı", Bakı, BDU Nəşriyyatı, 2001, səh 22).
Film Azərbaycan kinosu tarixində ilk tammetrajlı bədii filmdir.

Filmin heyəti

Filmin üzərində işləyənlər
Əsərin Müəllifi : İbrahim bəy Musabəyov
Ssenari müəllifi : A. D. Panova-Potyomkina
Quruluşçu rejissor : Boris Svetlov
Quruluşçu operator : Qriqori Lemberq

Rollarda
Hüseyn Ərəblinski-Lütfəli Bəy
Məmməd Əlili-Mollaxana şagirdi
Cabbar Qaryağdıoğlu-Xanəndə
Qurban Pirimov-Tarzən
Mədətov-Rəqqas
Mirmahmud Kazımovski
V. A. Lenin-Cəlil
K. M. Piontkovskaya-Şəfiqə
R. F. Lazareva-Olqa
Yevgeni Muromski-Qurban
Y. S. Orlitskaya-Cəlilin anası
Y. V. İvanovski-Şəfiqənin atası
V. A. Vyazemski-Dükançı Həsən
N. M. Dobrınin-Həkim


Tarix: 16.02.2013 / 19:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 312 Bölmə: Filimler
loading...