Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sonuncu şahid (film, 2004)

Məzmun
"Sonuncu Şahid" Selcan (Məsmə Aslanqızı) adlı qızdır. O, qətl hadisəsinin şahidi olur. Qətli törədən Samir (Vüqar Əbdülov) digər şahidləri müxtəlif yollarla susdurmağa nail olur. Təkcə Selcandan başqa. Selcan hədə-qorxulara rəğmən öz vicdanının əksinə gedə bilmir və son məqamda məhkəmədə ifadə vermək qərarına gəlir. Çünki bütün günahlar həmin gecə Selcanı canilərin əlindən xilas edən Azər Səmədzadənin (Samir Qulamov) üstünə atılmışdı. Selcanın ifadəsindən sonra Azər azadlığa buraxılır, lakin, hadisələr daha da qabarıq hala gəlir. Samir öz dəstəsi ilə bir-bir şahidləri aradan götürməyə başlayır. Əlbəttə Selcan da təhlükə altında qalır. Hətta Samirin dəstəsi işi aparan hakim Sədi Həsənzadənin (Əliabbas Qədirov) nəvəsi Fərruxu (Murtuz Ələsgərov (II)) da qaçırır ki, məhkəmədə işi Samirin xeyrinə həll etsin. İş elə gətirir ki, təsadüf nəticəsində Selcanın nişanlısı Mətin Şahsuvarov (Elşən Rüstəmov) Azər Səmədzadə ilə birləşib Fərruxu canilərin əlindən qurtarır.
Kriminal mövzuda çəkilmiş bu filmdə yaşlı nəslin nümayəndələri ilə yanaşı, işıqlı ideyalarla yaşayan gənclərin cinayətkar ünsürlərə qarşı prinsipial mübarizəsi əks etdirilir.

Film haqqında
Serialın 1-ci seriyası "Əbədi Selcan", 2-ci seriyası "Şahid Var", 3-cü seriyası "Həqiqət Sorağında", 4-cü seriyası isə "İflasa Doğru" adlanır.
Filmdə gənc Selcanı yaşlı Selcana bənzətmək üçün aktrisa Məsmə Aslanqızının gözlərinə linza taxılmışdır. Çünki yaşlı Selcanı oynayan aktrisa Suğra Bağırzadənin gözləri mavidir.

Səhv
Montaj səhvi: Filmdə iki qara "Cip" markalı avtomobil sahildə üz-üzə gəlir. Sonra səhnə dəyişir və Mikayılla (Anar Heybətov) Samir (Vüqar Əbdülov) kafedə otururlar. Sonra yenə sahildəki səhnəyə qayıdırıq və Vüqarla Mikayıl maşından düşürlər. Deməli onlar eyni vaxtda həm kafedə, həm də sahildədirlər.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Aydın Ağazadə
Quruluşçu rejissor : Məhərrəm Bədirzadə
Quruluşçu operator : İzzət Əzizov, Aydın Mansurov
Rəssam : Rəfael Əlizadə
Montaj Rejissoru : Nasir Salamov(Nəsir Salamov kimi)
Səs rejissoru : Firudin Bağıroğlu
Musiqi Tərtibatı : Firudin Bağıroğlu
Operator : Mahmud Əhmədov
İşıq Rəssamı : Mahmud Əhmədov
Rejissor : Emil Abdullayev, Almaz Məmmədova
Qrim rəssamı : Elbrus Vahidov, Zemfira Cəfərova
Kompüter Qrafikası : Mirzə Qurbanov
Rejissor assistenti : Dilşad Baxşəliyeva, Cavid Novruzov, Zaur Ağaoğlu, Günel Babayeva
Sürücü : Qərib Əliyev
İşıqçı : Tərlan Qafarov
Məsləhətçi : Ənvər Seyidov (hüquq elmləri namizədi)
Redaktor : Mailə Muradxanlı
Filmin direktoru : Faiq Abbasov
Musiqilərindən İstifadə edilən Bəstəkar : Rauf Əliyev ("Vahimə" filmindən), Xəyyam Mirzəzadə ("Güllələnmə Təxirə Salınır" və "Afroditanın qolları" filmlərindən), Müslüm Maqomayev ("Burulğan" filmindən)

Rollarda
Füzuli Hüseynov-Oqtay Səmədzadə
Məsmə Aslanqızı-Selcan
Suğra Bağırzadə-Selcan
Samir Qulamov-Azər Səmədzadə
Əliabbas Qədirov-Sədi Həsənzadə
Hicran Nəsirova-Aybəniz Həsənzadə
Vüqar Əbdülov-Samir
Mələk Həsrətova-Sənubər
Anar Heybətov-Mikayıl
Sona Məmmədova-Samirin tanışı
Rüfət Axundov-İlkin
Əminə Babayeva-Selcanın nənəsi
Elşən Rüstəmov-Mətin Şahsuvarov
Nicat Kazımov-Kapitan Sərvətov
Mətləb Abdullayev-Vəkil
Elxan Quliyev-İttihamçı
Vüsal Mehrəliyev-Samirin dostu
Rafiq Hüseynov-Qaya
Füzuli Məmmədov-Polis rəisi
Arzu Hüseynov-Ramiz Hüseynov
Zemfira Orucova
Murtuz Ələsgərov (II)-Fərrux
Mikayıl Nəsirov-Yalançı şahid
Səmayə Məmmədova
Cavid Novruzov
Nağı Qocayev
Ağaqulu Manafov
Hasil Adiloğlu
Firuz Xudaverdiyev-Samirin adamı
Məmmədkamal Kazımov-Qoca
Bəxtiyar Babayev
Bəxtiyar Hüseynov
Zümrüd Məmmədova-İlkinin anası
Elxan Qurbanov-Prokuror
Məhərrəm Bədirzadə-Qədir
Vüqar Axundov-Uşaq qaçıran


Tarix: 16.02.2013 / 19:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 514 Bölmə: Filimler
loading...