Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Küçələrə su səpmişəm (film, 2004)

Məzmun
Xəlil (Fuad Poladov) və Bəhmən (Rasim Balayev) əmioğludurlar. Tale elə gətirib ki, Xəlil heç bir günahı olmadan Bəhmənin yerinə uzun illər həbsxanada yatmışdır. Bu illər ərzində isə Bəhmən ali təhsilini başa vurmuş, həkim mərtəbəsinə yüksəlmişdir. Xəlil isə həbsxanadan azad olunduqdan sonra doğma kəndində sadə bir həyat tərzi keçirir. Bəhmən uzun illər sonra təsadüfən kəndə gəlir və iki əmioğlu yenidən rastlaşır. Xəlil hər şeyi bir anlıq unudaraq Bəhməni çox yaxşı qarşılayır, hətta evinə qonaq gətirir. Lakin o Bəhmənin ova getmək istəyini biləndə bir anlıq hər şeyi xatırlayır və anlayır ki, ov tüfəngi ilə adam öldürən əmisi oğlu Bəhmənə bütün bunlar nəinki dərs olmamış, hətta vicdan, şərəf və s. xüsusiyyətlərini də artıq çoxdan itirmişdir.
Həyat mübarizədir. İnsan etdiyi bütün günahlara görə cəzasını özü çəkməlidir ki, bir daha bu səhvə yol verməsin. Filmin müəlifləri tamaşaçılara bunları çatdırmağa çalışmışlar.

Festivallar və mükafatlar
1)2005-ci ildə Bakıda
Film "Humay" Mükafatı almışdır.

Film haqqında
Film 200 min dollara başa gəlib.
Film İsi Məlikzadənin "Küçələrə Su Səpmişəm" əsəri əsasında çəkilib.

Filmin heyəti

Film üzərində işləyənlər
Quruluşçu rejissor : Nicat Feyzullayev
Ssenari Müəllifləri : İsi Məlikzadə, Nicat Feyzullayev
Quruluşçu operator : Kənan Məmmədov(Kənan Əziz kimi)
Quruluşçu Rəssamlar : Rafiz İsmayılov, Rafiq Nəsirov
Bəstəkar : Rauf Əliyev
Səs operatoru : Əsəd Əsədov
Rejissor : Akif Rüstəmov
Operator : Tərlan Qurbanoğlu
Montaj edən : Nisə Hacıyeva
Qrim üzrə Rəssam : Elbrus Vahidov
İcraçı prodüser : Sahib Quluzadə
Çalır : Kamera Orkestri və Səyavuş Kəriminin İdarəsilə İnstrumental Ansambl
Dirijor : Azad Əliyev
Musiqi Tərtibatçısı : İsmayıl Dadaşov
Şerlərin Müəllifləri : Məmməd Araz, Ramiz Rövşən
Redaktorlar : Ramiz Rövşən, Vaqif Məmmədov (IV)
Geyim üzrə Rəssamlar : Tatyana Əmirova, Məlahət Hümbətova
Rejissor Qrupu : Elman Qasımov, Çingiz Həsənov, Rövşən Ağayev (III), Elfira Hüseynova, İsmayıl Qasımov
Operator assistenti : Fərhad Rzayev
Montaj üzrə assistent : Rahidə Quliyeva(Raidə Quliyeva kimi)
Səsyazma Texniki : Elmira Səmədova
İnzibatçı Qrup : Arif Kərimov, Vladimir Dudniçenko, Elvin Quliyev
İşıqçı Qrup : Niyazi Zeynalov, Rüstəm Rüstəmov, Akif Qurbanov

Rollarda
Fuad Poladov-Xəlil
Rasim Balayev-Bəhmən
Mehriban Zəki-Teybə
Əliabbas Qədirov(Əlabbas Qədirov kimi)-Çərkəz
Amid Qasımov-Gənc Xəlil
Elnur Kərimov-Gənc Bəhmən
Vüqar Hacıyev-Tağı
Vidadi Əliyev-Əziz kişi
Elxan Qurbanov-Qədimov
Ağaxan Abdullayev-Xanəndə
Çinarə Ələkbərova-Səidə
Müşfiq Hətəmov-Kuryer
Fəxrəddin Qafarzadə-Xəlilin oğlu
Ramil Quliyev-Xəlilin oğlu
Yuri Baliyev-Rus dustaq
Aleksey Saprıkin(Aleksey Şaprıkin kimi)
V. Kondraşov
Mirzə Ağabəyov-Tamada
Elman Qasımov
Sahib Quluzadə-Toyda pulyazan
A. Mirfeyzullazadə
M. Topçubaşov
H. Miriyev
M. Quliyev
Mehman Cəfərov-Toydakı qonaq
X. Səttarov
O. Hacıyeva
Nəmxuda Usubəliyev
S. Vəliyev
N. Əliyev

Filmi səsləndirən
Eldəniz Rəsulov-Qədimov (Elxan Qurbanov) (titrlərdə yoxdur)

Arxiv kadrlarda iştirak edən
Rəşid Behbudov (səs-"Küçələrə Su Səpmişəm" xalq mahnısı)

Sponsor
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Çəkilişə köməklik edən qurumlar
Azərbaycan Müdafiə Nazirliyi
"AZAL Helikopter" Şirkəti
Xırdalan Dəmiryol Vağzalı
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi


Tarix: 15.02.2013 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 446 Bölmə: Filimler
loading...