Məzmun
Film erməni vəhşiliyi nəicəsində xüsusi amansızlıqla qətlə yetirilmiş 613 nəfərdən çox Xocalı sakininin taleyindən, hadisələrin mahiyyətindən, faktlardan və baş vermiş soyqırımından bəhs edir.
Film haqqında
Film Bakı şəhərində və Goranboy rayonunun Ağcakənd qəsəbəsində lentə alınıb. Bu qəsəbədə Xocalıdan olan məcburi köçkünlər məskunlaşıb. 1500 nəfərdən çox əhalinin çəkildiyi kütləvi səhnələr torpaqlarımızın düşmən tapdağından azad olunacağına bəslənən inamın təzahürüdür.
Film hadisələr zamanı öz doğma övladını boğmağa məcbur olmuş bir ananın dəhşətli hekayəsinin fonunda təqdim edilir. Həmçinin, Xocalıdan qaçmağa məcbur edilmiş və bütün qırğınları öz gözləri ilə görmüş şahidlərin tükürpədici müsahibələri, açılmış cinayət işinin Beynəlxalq konvensiyalara görə soyqırımı olmasını təsdiq edən faktlar, canlı xronika filmin əsas süjetini təşkil edur. Azərbaycanda indi də yaşamaqda olan erməni milliyətindən olan insanların xoşbəxt həyatına rəğmən azərbaycanlılara qarşı bədnam qonşularımızın törətdiyi vəhşiliklər əslində kimin kim olduğu barədə danlması mümkün olmayan həqiqəti ortaya qoyur. Ekran əsəri Xocalı soyqırımı haqqında faktları tam əks etdirməklə əslində əsl həqiqət haqqında toplu şəklində təqdim edilib. Film ingilis, rus, fars və erməni dillərinə tərcümə edilib və nümayiş etdirilib. Bədii səhnələrdə aktrisa Aybəniz Əhmədova çəkilib.
Filmin heyəti
Filmin üzərində işləyənlər
Ssenari Müəllifi: Eldar İsgəndərzadə
Rejissor: Elşən Zeynallı
Operator: Ramin Bəşirov
Səs operatoru: Tariyel Babayev
Filmi səsləndirdi: Ceyhun Səfərov
Redaktor: Azər Xəlilov
Montajçı: Tariyel Firudinoğlu
Filmin prodüseri: Röya Əliyeva
Filmdə çəkilənlər
Elman Məmmədov - Xocalı sakini, MM-in deputatı.
Seyidağa Mövsümlü - İlk hərbi operator
Şamil Sabiroğlu - "Xocalı Soyqırımı Tanıtma İctimai Birliyi"nin sədri.
Müşkünaz Əhmədova - Körpəsini əlləriylə boğmuş ana.
Səttar müəllim - Xocalı sakini.
Məlahət Hüseynova - Xocalı sakini.
Kamil Hüseynov - Xocalı sakini.
M. Abbasova - Xocalı sakini.
N. Abbasova - Xocalı sakini.
Yaşar Əliməmmədov - Xocalı sakini.
Xəzangül Quliyeva - Xocalı sakini.
Mehman Poladov - Hərbi prokuror.
Azərbaycanda yaşayan erməni qadınları - 2 nəfər;
Bədii səhnələrdə
Aybəniz Əhmədova - Xocalı sakini rolunda.
Ceyhun Səfərov - jurnalist
Tarix: 14.02.2013 / 21:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 262 Bölmə: Filimler