Məzmun
Tammetrajlı sənədli film dövrümüzün ən böyük sənətkarı, SSRİ xalq artisti, Lenin Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılıq yollarına həsr olunmuşdur
Filmdə onun əsərləri səslənir, bəstəkar haqqında müasirləri danışırlar. Burada bəstəkarın daxili aləmi, onun yaradıcılıq laboratoriyası, özünəməxsus iş üsulu, pedaqoji fəaliyyəti əks olunmuşdur. Onun özünün söhbətləri, anası Sona xanımın çıxışı da filmə daxil edilmişdir.
Film-essedə Qara Qarayevin ən həyəcanlı anları-onun iş zamanı musiqi aləminə uyuduğu vaxtlar "gizli kamera" ilə çəkilmişdir.
Filmin ən təsirli epizodlarından biri Q. Qarayevin skripkaçalan L. Koqanla məşq etməsi səhnəsidir. Bu, iki böyük sənətkarın çox mühüm yaradıcılıq apofeozudur.
Festivallar və Mükafatlar
1)1969-cu ildə Kiyevdə III Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-69" zona kinofestivalı
Sənədli filmə birinci Mükafat verilmişdir.
2)1969-cu ildə İrəvanda Zaqafqaziya respublikaları xronikal-sənədli, elmi-kütləvi və televiziya filmlərinin "Prometey-69" kinobaxışı
Filmə birinci Priz,
Ən yaxşı operator işinə görə operator M. Massa Diplom,
Ermənistan Bəstəkarlar İttifaqı İdarə heyətinin Diplomu və Prizi verilmişdir.
3)1970-ci ildə
Yaradıcı qrup Azərbaycan Komsomolu Mükafatına layiq görülmüşdür.
Film Haqqında
Azərbaycan sənədli kinosunda irəliyə doğru addım hesab edilən bu kinolenti novator film-esse adlandırırlar.
Filmin Heyəti
Filmin üzərində İşləyənlər
Rejissor : Oqtay Mirqasımov
Ssenari müəllifi : Rüstəm İbrahimbəyov, Oqtay Mirqasımov
Operator : M. Mass
Rəssam : Fikrət Bağırov
Səs operatoru : Kamal Seyidov
Tarix: 12.02.2013 / 19:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 143 Bölmə: Filimler