Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şir evdən getdi (film, 1977)

Məzmunu
Musiqili film uşaq aləminin gözəlliyindən, onların xarakterlərindən, uşaqlarla heyvanların dostluğundan bəhs edir.

Film haqqında
Filmdə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının balet artistləri və Bakı şəhəri Nərimanov rayonu 83 saylı uşaq bağçasının uşaqları çəkilmişlər.
Filmdə Kinq II adlı şir və Rada adlı fil çəkilmişdir.
Film quruluşçu rejissor Rasim İsmayılovun rejissor kimi kinoda ilk müstəqil işidir.
Film yazıçı Yuri Yakovlev (II)in eyniadlı nağıl-povestinin ekran variantıdır.
Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Yuri Yakovlev (II)
Quruluşçu rejissor : Rasim İsmayılov
Quruluşçu operator : Rasim İsmayılov, Şərif Şərifov
Quruluşçu rəssam : Firəngiz Qurbanova
Bəstəkar : Tofiq Quliyev
Səs operatoru : Akif Nuriyev
Baletmeyster : Nailə Nəzirova
Geyim rəssamı : S. Haqverdiyeva
Qrim rəssamı : V. Bereznyakov
Butafor Ustası : A. Volçuk
Rejissor : Akif Rüstəmov, Ramiz Əliyev
Rejissor assistenti : T. Atakişiyev, Ziya Şıxlinski, Süleyman Əhmədov(S. Əhmədov kimi)
Operator assistenti : Yuri Varnovski, V. Romanov
Rəssam assistenti : Asif Məmmədov, E. Muradova
Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Heyvan Təlimçiləri : Lev Bərbərov, Nina Bərbərova, T. Filatova, A. Qorin
Montaj edən : Rəfiqə İbrahimova(R. İbrahimova kimi)
Mahnıların Mətninin Müəllifi : Yuri Yakovlev (II), Alla Axundova
Redaktor : D. Tahirova
Çalır : "Melodiya" Firmasının İnstrumental Ansamblı və SSRİ Dövlət Kinematoqrafiyasının Simfonik Orkestri
Filmin direktoru : İnessa Safronova
İşıqçı : A. Məmmədzadə (titrlərdə yoxdur)
Mahnı İfa edən : Mirzə Babayev (titrlərdə yoxdur)

Rollarda
Yuri Senkeviç-Şir
Sergey Yurski-Ovçu; ekskurisya bələdçisi; qarovulçu
Elxan Cəfərov-Rüstəm
Vsevolod Abdulov-Nəzarətçi
İ. Məmmədov-Begemot
Şükufə Yusupova-Zürafə
İnarə Quliyeva-Kenquru
Lidiya Povetkina-Meymun
Almaz Əhmədova-Meymun
Səfurə İbrahimova-Tülkü
Yaşar Nuri-Ata
Süsən Məcidova-Nənə
İbrahim Ləmbəranski-Muradik
Cəmilə Muradasilova-Fatma
Fazil Salayev-Yanğınsöndürən
Nadir Əsgərov-Yanğınsöndürən
Ələsgər Məmmədoğlu-Yanğınsöndürən
Kamil Məhərrəmov-Kababçı
Əli Haqverdiyev-Heyvan təlimçisi
Tanilə Əhmərova-Şəfiqə müəllimə
R. Rüstəmov
A. Məmmədzadə
Gümrah Rəhimov-Pələng
Elxan Ağahüseynoğlu-Aeroportdakı heyvan
İ. Kazımov
Suğra Bağırzadə-Aeroport işçisi
D. Əhmədov
Rəna Səlimova-Zebr
Sevil Rəsulova
İ. Zeynalova
L. Zolotova
O. Baratova
İ. Vladimirova
Mübariz Əlixanoğlu-Heyvan
Ramiz Əzizbəyli-Sürücü
Fikrət Məmmədov-Şagird Hüseynov
Sədaqət Zülfüqarova-Şəhər sakini
Bahadur Əliyev-Şəhər sakini
Zemfira Sadıqova-Şəhər sakini
Mayak Kərimov-Şəhər sakini
Larisa Xələfova-Televiziya diktoru
Osman Həqqi-Aeroportdakı adam
Xanlar Muradov-milis işçisi (titrlərdə yoxdur)


Tarix: 16.02.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 488 Bölmə: Filimler
loading...