Məzmun
Film qocalığın doğurduğu psixoloji amillərin insan həyatına təsirindən bəhs edir. Uzun müddət bir yerdə yaşayan ər-arvadın həyatı əks olunur. Təxminən 60-70 yaşında olan bu cütlüyün övladları yoxdur. Kişi meylini ev bitkilərinə salıb, evdə çoxlu bitki saxlayır. Qadın isə evdar qadındır, özünü ev işlərinə həsr edib. Qadın ərindən diqqət gözləyir, çalışır ki, ərini bitkilərdən yayındırıb, özünə cəlb etsin. Amma buna nail ola bilmir.
Bir dəfə qadın təsadüfən ərinin dibçəklərindən birini salıb sındırır. Kişi hay-küy salır, isterika yaradır və güllərini öz otağına yığıb, evi bölür. Qadın başa düşür ki, bu cür yaşamaq mümkün deyil və televizorda reklamını gördüyü qocalar evinə gedir. Bu qocalar evi vərdiş etdiyimiz dağınıq, uçuq, hamının yadından çıxmış qocalar evi deyil. Çox təmtəraqlı, romantik auralı bir qocalar evidir. Qadın burada qoca bir polkovniklə tanış olur. Amma qadın qocalar evində də sıxılmağa başlayır. Kişi də evdə darıxır, etdiyi hərəkətdən peşman olur. Film qadının evə qayıtması ilə bitir.
Film haqqında
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2008-ci il yanvarın 10-dan aprelin 10-a qədər "Bu meydan, bu ekran 2008" kinolayihələr müsabiqəsi keçirilib. Müsabiqə gənc nəslə vətənpərvərlik ruhu aşılayan yüksək səviyyəli bədii filmlər yaratmaq, Qarabağ müharibəsi mövzusunu kino vasitəsilə əks etdirmək, eləcə də kinematoqrafiya sahəsində çalışan gənclərə özlərini sınamaq üçün imkan yaratmaq məqsədilə təşkil olunmuşdu. Müsabiqədə iştirak etmək üçün 45 layihə təqdim olunub, onlardan 7-si seçilib. "Qocalar" da bu 7 qalibdən biridir.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifi : Nərgiz Bağırzadə
Quruluşçu rejissorlar : İsmayıl Məmmədov, Fariz Əhmədov
Quruluşçu operator : Üzeyir Abbas
Quruluşçu rəssam : Fikrət Ələkbərov
Bəstəkar : Azər Dadaşov
Montaj : Mübariz Nağıyev
Qrafika : Firudin İsmayılov
Səs rejissoru : Ramzes
Səs operatoru : İlqar Kazımi
Qrim : Rəna Əliyeva
Geyim : Yeganə Azadova
Rekvizit : Həsən Əliyev (II)
Rejissorlar : Anar Əliyev, Yalçın Verdiyev
Rejissor assistenti : Anar Musayev
Operator assistenti : İsmayıl Qasımov
İşıq : Elnur Nuriyev
Texniki heyət : Nikolay Mulenkov, Ədalət Əliyev
Sürücülər : Emil Orucov, Elşad Vahidov, Famil Çovdarov
Mühasib : Gülçin Mirzəliyeva
Redaktor : Esmira Məmmədova
Prodakşn menecerləri : Elşad Allahverdiyev, İlqar Mahmudov
Kreativ prodüser : Nizami Abbas
Məsləhətçilər : Cəmil Quliyev, Ramiz Fətəliyev
Prodüserlər : Rəşad Qasımov, Fariz Əhmədov
Rollarda
Elmira Şabanova
Tariyel Qasımov
Məsumə Babayeva
Zinaida Sibilyova
Tünzalə Əliyeva
Arif Qasımov
Fuad Abbaszadə
Ləman Cavadzadə
Aliyə Bayramova
Elşən Hüseynov (II)
Dilən Salahov
Raziyə Şirinova
Qurban Hüseynov
Elmira Əliyeva
İbrahim Şahvələdi
Nina Zolotarova
Vəli Qunusarov
Sura Qunusarova
Nazim Cəbrayılov
Rafiq Məmmədov
Aydın Ağasıyev
Təhminə Ağasıyeva
Çəkilişə köməklik edən qurumlar
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi
Bakı Şəhər İcra Hakimiyyəti
Azərbaycan Televiziyası
Azərbaycan Dövlət Film Fondu
"Yaddaş" Sənədli Filmlər Studiyası
"Bizim Kino" Prodüser Mərkəzi
"Ratio Tv" şirkəti
"Nərimanfilm" kinostudiyası
www.kinozal.az saytı
İFA-SC təşkilatı
"Kontinental" mağazalar şəbəkəsi
"Orxideya" gül dükanı
Çəkilişə kömək edənlər
Eldar Bağırzadə
Heydər Dadaşov
Cavid İmamverdiyev
Tofiq Musayev
Rasim Salmanov
Əli İsa Cabbarov
Yusif Quliyev
Xəyyam Abdullayev
Niyazi Hüseynov
Tarix: 15.02.2013 / 20:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 598 Bölmə: Filimler