Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Matteo Falkone (film, 1960)

Məzmun
Kinolent vətənpərvərlik, öz xalqına sədaqətli olmaq, xarici işğalla barışmamaq kimi yüksək insani hisslərdən danışır.
Matteo (Nodar Şaşıqoğlu) arvadı Cüzeppa (Tamilla Ağamirova) və yeganə oğlu Fortunato (Ceyhun Mirzəyev) ilə kiçik bir kənddə sakit bir həyat tərzi keçirirlər. Lakin həbsdən qaçan siyasi məhbus Cannettonun (Tofiq Tağızadə) onların kəndində gizlənməsi ilə bu sakitlik pozulur, Matteonun ailəsində faciə baş verir..

Film haqqında
Film Prosper Merimenin eyniadlı novellası əsasında ekranlaşdırılmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin Müəllifi : Prosper Merime
Ssenarinin Müəllifləri : N. German, Tofiq Tağızadə
Quruluşçu rejissor : Tofiq Tağızadə
Operator : Rasim Ocaqov
Rəssam : Kamil Nəcəfzadə
Bəstəkar : Qara Qarayev
Səs operatoru : İlya Ozerski
Rejissor : Rüfət Şabanov
Filmin direktoru : V. Dudiyev
Çalır : Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor : Niyazi

Rollarda
Nodar Şaşıqoğlu- Matteo Falkone
Tamilla Ağamirova- Cüzeppa
Ceyhun Mirzəyev- Fortunato
Anatoli Falkoviç- Serjant
Tofiq Tağızadə- Cannetto
Hacımurad Yegizarov-Yaraqlı

Filmi səsləndirənlər
Məmmədrza Şeyxzamanov-Matteo Falkone (Nodar Şaşıqoğlu) (titrlərdə yoxdur)
Yusif Vəliyev-Cannetto (Tofiq Tağızadə) (titrlərdə yoxdur)
Sadıq Hüseynov-Serjant (Anatoli Falkoviç) (titrlərdə yoxdur)


Tarix: 15.02.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 157 Bölmə: Filimler
loading...