Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Onun bəlalı sevgisi (film, 1980)

Məzmun
Tələbə Bəhruz(Mikayıl Kərimov) diplom işi üçün istehsalı idarəetmə mövzusunu seçir. Müdafiəyə yaxşı hazırlaşmaq məqsədilə o, tikiş fabrikində direktor katibəsi vəzifəsinə işə düzəlir. İstehsalatla yaxından tanış olandan sonra gənc sosioloq aydınlaşdırır ki, məhsulun aşağı keyfiyyətdə olmasının səbəbi rəhbərliyin düzgün aparılmamasındadır.
Bir tərəfdən fabrik direktoru, gözəl və cavan Şövkətlə(Nataliya Tağıyeva) Bəhruz arasında gedən işgüzar münaqişə, digər tərəfdən onların bir-birini təmiz qəlblə sevmələri filmin əsas süjet xəttini təşkil edir.

Film haqqında
Film aktyor Mikayıl Kərimovun kinoda ilk işidir.
Film yazıçı Bayram Bayramovun "Bəlalı Sevgi" romanı əsasında ekranlaşdırılmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Bayram Bayramov, İqor Strekov
Bədii Rəhbər : Həsən Seyidbəyli
Quruluşçu rejissor : Ziyafət Abbasov
Quruluşçu operator : Arif Nərimanbəyov
Quruluşçu rəssam : Elbəy Rzaquliyev
Bəstəkar : Emin Sabitoğlu
Səs operatoru : Əsəd Əsədov
Rejissor : Ziya Şıxlinski
Operator : Vaqif Muradov
Geyim rəssamı : L. Frankenberq
Dekor rəssamı : Fikrət Ələkbərov
Qrim rəssamı : Elbrus Vahidov
Fotoqraf-Rəssam : Tofiq Kərimov(T. Kərimov kimi)
İşıq Ustası : M. Rəhmanov
Montaj edən : Gülşən Səlimova
Rejissor assistenti : Y. Əhmədov
Operator assistenti : K. Haşımov, Q. Pastuşkov
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev
Musiqi redaktoru : Rauf Əliyev(R. Əliyev kimi)
Redaktor : Seyfəddin Dağlı, Eyvaz Borçalı
Filmin direktoru : Aydın Dadaşov
Mahnıların Mətni : Fikrət Qoca
Mahnı İfa edən : Flora Kərimova(titrlərdə yoxdur)

Rollarda
Nataliya Tağıyeva(Nailə Bağırova kimi)-Şövkət
Mikayıl Kərimov-Bəhruz
Hacıbaba Bağırov-Qaraxalov
Tofiq Mirzəyev-Sabirov
Barat Şəkinskaya-Nənə
Sona Mikayılova-Xalidə
Nelli Mahmudova
E. Qarayeva
Gümrah Rəhimov-Sürücü
Rafiq Qasımov
Cahangir Aslanoğlu-Sərgi iştirakçısı
Elxan Ağahüseynoğlu-Sərgi iştirakçısı
Nadir Əsgərov-İşçi
Ş. Kamalzadə
İ. Brodov
Yusif Muxtarov-İclas iştirakçısı

Filmi səsləndirənlər
Əliabbas Qədirov-Bəhruz (Mikayıl Kərimov) (titrlərdə yoxdur)
Həsənağa Turabov-Sabirov (Tofiq Mirzəyev) (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Şövkət (Nataliya Tağıyeva) (titrlərdə yoxdur)
Zərnigar Ağakişiyeva-Mərziyyə (titrlərdə yoxdur)
Sadıq Hüseynov-İclas iştirakçısı (titrlərdə yoxdur)
Məhluqə Sadıqova-Nənə (Barat Şəkinskaya) (titrlərdə yoxdur)


Tarix: 16.02.2013 / 19:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 499 Bölmə: Filimler
loading...