Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çələbiyanlı eli

Tarixi
Çələbiyanlı eli orta çağda Osmanlı dövlətindən, Ərzirum yörəsindən gəlib, Qaradağda məskunlaşıb. Gələrkən elbəyisi Vəli ağa olub.

Çələbiyanlı eli Qaradağ vilayətinin Kərmədüz, Keyvan mahallarında yurd tutmuşdu.

Çələbiyanlı təbiri; bir ad, bir cəm şəkilçisi, bir də mənsubiyət şəkilçisindən ibarətdir. “Çələbi” adına, “yan” cəm şəkilçisi əlavə edilərək, “Çələbilər” anlamı qazandırılmış, sonuna da “lı” mənsubiyət şəkilçisi gətirilmişdir.

Çələbiyanlı elinin insanları, Arasbaran ellərinə görə daha az iskan olmuşdur. Çələbiyanlıların bir qolu da “İlyaskanlıyan/ İlyaskanlı+yan/ İlyaskanlılar” adı ilə də anılır. İlyaskanlular, daha çox sınır kəndlərinə yerləşmişdir. Yaylaqları Şiyur dağları, qışlaqları isə, Laricandan yuxarıya doğru Aras çayı kənarıdır.

Elin əski rəisi Hacı Əli xanın babası və Hacı Rəhim xanın ulu babası olan Xızır sultandı.

Çələbiyanlı süvariləri, İran-Rus, Əfqan və Xorasan savaşlarına qatılmıştır. El rəisi, H/Q. 1265/ 1849-cu ildə Məhəmməd şah Qacarın Herata yönəlik əsgər sövqiyatına qatılmış iştirak etmiş, Qorda cəryan edən savaşda səkkiz yerindən yaralanmış və həyatını itirmişdir. (Səfərnamə-i Mirzə Fəttah Gərmərudi)

Hacı Rəhim xana, saray tərəfindən öncə Nüsrətüssəltənə və daha sonra “Sərdar-Nüsrət” ləqəbləri verildi. Atasının vəfatından sonra elin rəisi oldu. Müxbirüssəltənə, xatıratında bu ifadəni işlədir: “Qəməri 1327/ 1909-cu il tarixində Ərdəbil, Meşkinşəhr, Sərab, Xalxal və Qaradağ el və əşirətlərinin rəisləri bir araya gələrək, Rəhim xana; Həzrət-i Əcəl ləqəbi verib, ittifaqla özlərinə rəis seçdilər”.

Hacı Rəhim xan, Məhəmmədəli şah Qacar tərəfindən məşrutəçilərin dağıdılması və ortadan qaldırılması üçün göndərildi. Böyük xan, H/Q. Cəmadüüs-Sani (Cəmaziyəl-axir/ Cümadəl-axirə) 1326/ iyul 1908-ci il tarixində Təbrizdəki Sahib-Divan bağına çatdı. Hacı Rəhim xan isə 1.200 süvari, bir bölük əsgər və iki arabalı top ilə Təbrizə doğru hərəkət etdi. Çələbiyanlı elinin başçısı Hacı Rəhim xan, Məhəmmədəli şahın taxtından endirilməsinə qədər Təbrizi nəzarət altında saxladı. Tehranı ələ keçirən Məşrutəçi güclərə yenildi və Rusiyaya qaçdı. Müxbirüssəltənə Hacı Mehdiqulu xan Hidayətin Azərbaycan valiliyinə təyinatından sonra İrana dönərək, Təbrizdəki Aliqapı səmti yaxınında iqamət etməyə başladı. Bu sırada Müxbirüssəltənə ilə məşrutəçilər arasında anlaşmazlıqlar ortaya çıxdı. Müxbirüssəltənə çarəsiz qalınca Avropaya getdi. Hidayətin Avropaya getməsinin ardından sahibsiz qalan Hacı Rəhim xan, tutularaq, Təbrizin ünlü Ərk qalası zindanına atıldı. H/Q. ramazan 1329/ avqust-sentyabr 1911-ci il tarixində bir gecə Məşrutəçi Təbriz Əyalət Əncüməni üzvü olan Büllurinin əmri ilə faciəvi şəkildə öldürüldü.

Hacı Rəhim xandan sonra oğlu Böyük xan Nasrülməmalik, “Sərdar-Nüsrət” ləqəblərini aldı və bir sürə sonra atasının yerinə elin rəisi oldu. Böyük xan, h.ş. 1313/ 1934-cü ildə Qaradağda öldü. bilaxirə Hacı Rəhim xanın qardaşının oğlu Kərim xan Rəşidüddövlə, ardından Kərim xanın oğlu Əliqulu Kərimi elin idarəsini ələ aldı. (Tarix-i Ərasbaran, s.121-122, 128-137)


Tarix: 21.01.2015 / 18:48 Müəllif: Feriska Baxılıb: 67 Bölmə: Ellər
loading...