Tarixi
Qırıqqalanın tarixi haqqındakı kitabda belə yazılır: "Qarakeçililər, Oğuzların iyirmi dörd qolundan biri olan Bozok qolundandır, Oğuz xanın böyük oğlu Gün xanın mənsub oldugu Qayı boyuna mənsubdurlar. Qarakecili bu boyun ən böyük qəbiləsidir ki, 1219-cu ildə Azərbaycandan Şərqi Anadoluya köç etmişdi. Burada yaşayan insanların adətləri Azərbaycanın Aran bölgəsində yaşayanların, xüsusilə tərəkəmələrin adətlərinə çox oxşayır. Onlar da bir zamanlar Aran bölgəsindəki azərbaycanlılar kimi yayı yaylaqda, qışı qışlaqda keçirirdilər. Aradan uzun əsirlər keçməsinə baxmayaraq, onlar adətlərini hələ də qoruyub saxlamış, bu günədək nəsildən-nəslə ötürmüşlər. Xüsusilə toy və yas adətləri bir-birinə çox bənzəyir".
Tarix: 21.01.2015 / 18:41 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Ellər