Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rus üsul-idarsı dövründə

1823-cü ilə bağlı qaynaqda, "Qarabağ əyalətinin statistik təsviri" adlı əsərdə Cəbrayıllı elinin Cəfərqulu xana aid olduğu göstərilir. Cəfərqulu xana bağlı Cəbrayıllı eli: 1.Cəbrayıllı obası—154 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: molla 1 tüstü, çavuş 1 tüstü, kor 3 tüstü, yetim 16 tüstü, kasıb 2 tüstü, dəli 1 tüstü. 2.Feyzulla bəy və Mehrəli minbaşı cəbrayıllıları—çoban, ilxıçı 9 tüstü, yetim 1 tüstü, rəncbər 5 tüstü, Qaradağdan gəlmə 5 ailə, kəndxuda 1 tüstü. 3.Cəfər ağa və Fətəli bəy cəbrayıllıları—çoban 6 tüstü, yetim və qeyri-müsəlmanlar 8 ailə. 4.Hüseyn bəy cəbrayıllıları--çoban, bağban və başqaları 11 tüstü, qeyri-müsəlman 12 ailə. 5.Şıxəliağa cəbrayıllıları—10 tüstü vergi ödəyirdi. 6.Əli əfəndi cəbrayıllıları—3 qardaşı, 1 rəncbər. 7.Çullu-Cəbrayıllı obası—4 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: kəndxuda 1 tüstü, məaf 1 tüstü. Obanın başçısı Yaqub sərkar idi. 8.Şayıflı obası—3 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Allahverdi kədxuda 1 tüstü. 9.Əhməd ağa cəbrayıllıları—Əhməd ağanın 2 qardaşı, 1 rəncbər ailəsi. 10.Maqsud ağa cəbrayıllıları—1 tüstü özü, 1 tüstü rəncbəri. 11.Əli bəy Kazım ağa oğlu cəbrayıllıları—1 özü, bağban və rəncbər 9 ailə. 12.Nəbi ağa 1 tüstü, Məlik ağa 1 tüstü, 2 müsəlman və 2 qeyri-müsəlman ailəsi. 13.Hafizli obası—4 tüstü vergi ödəyirdi. 14.Əli ağa cəbrayıllıları—4 tüstü vergi ödəyirdi. 15.Əbdürrəhman bəy cəbrayıllıları—46 tüstü vergi ödəyirdi. 16.Abdulla bəy cəbrayıllıları—1 tüstü özü, 3 ailə. 17.Əlipənah sultan Hüseyn bəy oğlu—1 tüstü. 18.Şükürbəyli—20 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: kəndxuda 1 tüstü, rəncbər 5 tüstü, nökər 3 tüstü, dul 3 tüstü, kasıb 2 tüstü, molla 1 tüstü.


Tarix: 21.01.2015 / 18:32 Müəllif: Feriska Baxılıb: 84 Bölmə: Ellər
loading...