Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəbrayıllı elinin oymaqları

Cəbrayıllı eli 18 oymaqdan və bir neçə obadan ibarət idi. Öncə oymaqları sadalayaq.

1.Yarəhmədli oymağı
2.Hasanlı oymağı
3.Hacılı oymağı
4.Maşanlı oymağı
5.Eyvatlı oymağı
6.Mirəkli oymağı
7.Veysəlli oymağı
8.Mirzəcanlı oymağı
9.Fuğanlı oymağı
10.Mahmudlu oymağı
11.Çərəkənli oymağı
12.Məzrəli oymağı
13.Alıkovxalı oymağı
14.Hərəküllü oymağı
15.Şayıflı oymağı
16.Hafizli oymağı
17.Çullu oymağı
18.Əhmədli oymağı
Cəbrayıllı elinin tərkibində bir neçə oba da var idi. Həmin obaları sıralayaq.

1.Şıxəliağalı obası
2.Feyzullabəyli (Minbaşılı) obası
3.Cəfərağalı (Məstalıbəyli) obası
4.Hüseynbəyli (Qovşutlu) obası
5.Kazımağalı (Alıbəyli, Kavdar) obası
6.Əbdürrəhmanbəyli obası
7.Şükürbəyli obası
8.Məlikağalı obası
9.Əhmədağalı obası
10.Əliəfəndi (Əfəndilər) obası
1.Abdullabəyli obası
12.Maqsudağalı obası
13.Əliağalı obası
XVIII yüzilin ikinci yarısında Cəbrayıllı elinin el-oymaq başçıları: Nəbi kələntər Vəli ağa oğlu, Şeyxəli ağa Vəli ağa oğlu, Əhmədxan ağa Vəli ağa oğlu, Lütfəli ağa Fuğani ağa oğlu, Mehrəli bəy Fuğani ağa oğlu, Maqsud ağa Fuğani ağa oğlu, Rüstəm bəy Fuğani ağa oğlu, Camalxan bəy Hüseyn bəy oğlu, Mir Hüseyn əfəndi Mir Əli əfəndi oğlu, Məsuməli ağa Mahmud ağa oğlu, Kazım ağa, Hümbətəli bəy, Hacı Ağası bəy və başqaları. XVIII yüzilin sonlarında, XIX yüzilin önlərində Cəbrayıllı elinin el-oymaq başçıları: Nəbi ağa Şeyxəli ağa oğlu, Şıxəli ağa Nəbi ağa oğlu, Məmmədxan ağa Əhmədxan ağa oğlu, Əhmədxan ağa Məmmədxan ağa oğlu, Hüseyn bəy Lütfəli ağa oğlu, Feyzulla bəy Mehrəli bəy oğlu, Hacı bəy Rüstəm bəy oğlu, Məlik ağa Hacı bəy oğlu, Heydər bəy Məlik ağa oğlu, Yaqub ağa, Fətəli bəy Yaqub ağa oğlu, Əli ağa Maqsud ağa oğlu, Səfərəli bəy Əli ağa oğlu, Fuğani ağa Maqsud ağa oğlu, Maqsud ağa Fuğani ağa oğlu, Cəfər ağa, Məstalı bəy Cəfər ağa oğlu, Hüseyn bəy Camalxan bəy oğlu, Mir Əli əfəndi Mir Hüseyn əfəndi oğlu, Əhməd ağa Məsuməli ağa oğlu, Əli bəy Kazım ağa oğlu, Şükür bəy Hümbətəli bəy oğlu, Əbdürrəhman bəy Hacı Ağası oğlu, Əlipənah sultan Hüseyn bəy oğlu, Abdulla bəy Hüseyn bəy oğlu, Əli bəy Abdulla bəy oğlu, Əli bəy Hüseyn bəy oğlu, Yaqub sərkar Hacı yüzbaşı oğlu Çullu, Hüseyn bəy Əmir Yusif oğlu və başqaları. XIX yüzilin ortalarında Cəbrayıllı elinin oymaq və oba başçıları haqqında da qısa bir bilgi vermək yerinə düşər. Yarəhmədliyə Məhərrəm kədxuda Bəymurad oğlu, Hasanlıya Qəvliyalı kədxuda Yusif oğlu, Hacılaya Məmmədxan kədxuda Bəbirxan oğlu, Maşanlıya Əli kədxuda Vəli oğlu, Eyvatlıya Imamverdi kədxuda, Mirəkliyə Məmməd kədxuda Rəsul oğlu Çərəkənli, Veysəlliyə Bayramalı kədxuda Muradhasil oğlu, Mirzəcanlıya Niftalı kədxuda Seyidalı oğlu, Fuğanlıya Məhəmməd kədxuda, Mahmudluya Əli kədxuda Hümbətəli oğlu, Çərəkənliyə Məmməd kədxuda Rəsul oğlu, Məzrəliyə Əbdürrəhman kədxuda Rüstəm oğlu, Alıkovxalıya Rəhim kədxuda Qılıc oğlu, Hərəküllüyə Imamverdi kədxuda, Hafizliyə Mehdiqulu yüzbaşı Əziz oğlu, Çulluya Abdulla yüzbaşı Hacı yüzbaşı oğlu, Əhmədliyə Əhməd yüzbaşı Mustafa yüzbaşı oğlu, Qurban yüzbaşı Məmməd ağa oğlu, Minbaşılıya (Feyzullabəyliyə) Həsənəli kədxuda Nağı oğlu, Məstalıbəyliyə (Cəfərağalıya) Səlimxan kədxuda Məmməd oğlu, Qovşutluya (Hüseynbəyliyə) Mirzə kədxuda Seyidəli oğlu, Şıxəliağalıya Qəhrəman kədxuda Əlicəfər oğlu, Əfəndilərə Mir Əli əfəndi Mir Hüseyn əfəndi oğlu, Əhmədağalıya Əmirmahmud ağa Məsuməli yüzbaşı oğlu, Alıbəyliyə (Kazımağalı-Kavdara) Musa kədxuda Allahverdi oğlu, Məlikliyə Məlik ağa Heydər bəy oğlu, Şükürbəyliyə Hüseyn kədxuda Bürcəli oğlu, Əbdürrəhmanlıya Hüseyn yüzbaşı Məmməd oğlu, Bukavulluya Əbdürrəhman kədxuda Rüstəm oğlu Məzrəli başçılıq edirdi. Talıb bəy Vəzirov Cəbrayıl qəzasında işləyərkən Məhəmməd bəy Aşiq yazmışdı:

Ya da Cəbrailə verib pulunu cəbrailli,

Alıban o dədən Həsən bəy kimi mərtub oldun.

Cəbrayıllı eli Qarabağın tarixində önəmli rol oynamışdı.


Tarix: 21.01.2015 / 18:33 Müəllif: Feriska Baxılıb: 95 Bölmə: Ellər
loading...