Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəbrayıllı eli

Elin tarixi
Orta çağda Cəbrayıllı Əhmədli elinin oymaqlarından biri idi. Əhmədli eli Dizaq nahiyyəsində məskunlaşmışdı. 1588-ci ildə Osmanlıların Qarabağa yürüşü zamanı Əhmədli eli sünnü olmaq nədəniylə heç yana qaçmayaraq yurdunda qaldı. Dirəniş göstərmədən osmanlı ordusuna tabe oldu.I Şah Abbas Səfəvi 1606-cı ildə Qarabağı yenidən ələ keçirəndən sonra dönüklərə divan tutulmasını əmr etdi. Əhmədli elinin başçıları cəzalandı. Qorçubaşı Allahqulu bəy Qəpanaoğlu-Qacar dönükləri talan və tarac etdi. 1615-ci ildə elin Mazandarana sürülməsinə buyruq verildi. Sürgünə şahın iki adlı-sanlı ərkanı Lətifxan bəy davatdar Qacar və Isfəndiyar bəy Ərəbgirli-Şamlı başçılıq edirdi. Əhmədli elinin əsas hissəsi sürgün ediləndən sonra oymaqlardan bəziləri yayınıb əyləşdi. Köç-düşünə ara verərək əkin-biçinlə məşğul oldu. Yayınan oymaqlardan biri də Cəbrayıllı idi. 1593-cü ilə bağlı Osmanlı qaynağında Cəbrayıllı iki kənddən ibarət şenlik idi. 1727-ci ilə bağlı qaynaqda Cəbrayıllı bir kənddir. Həmin qaynaqdakı bilgini yazımıza köçürürük. Dizaq nahiyəsində tabe olan Cəbrayıllı kəndi Yusif Nəqdixan oğlu, (Yusifin) qardaşı Məhəmməd, (Məhəmmədin) qardaşı Mahmud, Fuğani Maqsud oğlu, Vəli Maqsud oğlu, (Vəlinin) oğlu Nəbi. (Nəbinin) qardaşı Şeyx, (Şeyxin) qardaşı Əhmədxan, Məhəmməd Maqsud oğlu, (Məhəmmədin) oğlu Mahmud, (Mahmudun) oğlu Yusif, (Yusifin) qardaşı Maqsud. Veyis Əli oğlu, Vəli Əli oğlu, Ibrahim Əli oğlu, Məhəmməd Əli oğlu, Hacı Məhəmmədhüseyn oğlu, Sanıq Məhəmmədxan oğlu, Fətəli Əlimərdan oğlu. Nurəli Məhəmmədxan oğlu, Kəlbəli Nəqdəli oğlu, Vəlixan Nəqdəli oğlu, Xansuvar Mərdan oğlu, Mirzəxan Məhəmmədəli oğlu, Fətəli Əlimərdan oğlu. Yusif Şahsuvar oğlu, Dikəxan Cəlil oğlu, Mürşidqulu Cəlil oğlu, Maqsud Şahsuvar oğlu, Həsən Cəlil oğlu, Çələbi Şahsuvar oğlu. (Çələbinin) oğlu Nəcəfəli, Əhməd Pirvəli oğlu, Mirzəməhəmməd Şahsuvar oğlu, Vəli Pirvəli oğlu, (Vəlinin) oğlu Yusif, Dosthüseynxan Şərəfxan oğlu. (Dosthüseynxanın) oğlu Şərəfxan, Hüseynxan Şərəfxan oğlu, Inalxan Şərəfxan oğlu, (Inalxanın) oğlu Vəli, Bəymurad Şeyxmurad oğlu, (Bəymuradın) oğlu Məhəmməd. Şərəfxan Şeyxmurad oğlu, Məhəmməd Abdulla oğlu, Ibrahim Əhmədmurad oğlu, Məhəmməd Abdulla oğlu, (Məhəmmədin) oğlu Abdulla, Məhəmməd Rəhimxan oğlu. Mərcan Dürəli oğlu, Yanalıq (?) Ağası oğlu, Vəlixan Ağası oğlu, Hüseynxan Ağası oğlu, Hatəmxan Əli oğlu, Seyid Əli Hüseyn oğlu. (Seyid Əlinin) oğlu Seyid Hüseyn, (Seyid Hüseynin) oğlu Seyid Abdulla, Ismixan Məhəmmədəli oğlu, (Ismixanın) oğlu Ismayıl, Ibrahim Əlimərdan oğlu, Dondar Hüseynxan oğlu. Nurməhəmməd Şərəfxan oğlu, (Nurməhəmmədin) qardaşı Əhmədxan. Kəndin gəliri 24.000 ağça idi. Camaat əkinçiliklə ilgilənirdi. Dənli bitkilərdən buğda, arpa və çəltik becərirdilər. 80 dönüm kələsərləri, 15 dönüm digər meyvə bağları vardı. Baramaçılıqla da məşğul olurdular. Kəndin 2 dəyirmanı vardı.(Bax: Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. "Şuşa" nəşriyyatı. Bakı. 2000.səh.402).


Tarix: 21.01.2015 / 18:31 Müəllif: Feriska Baxılıb: 107 Bölmə: Ellər
loading...