Duanın böyük fəzilətləri, gözəl meyvələri və möcüzəli sirrləri var:
1) Dua etmək, Allaha itaət və Onun əmrini yerinə yetirməkdir
Allah Təala belə buyurur: ?Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!? (Ğafir, 60)
Dua edən kimsə Allaha itaət edən və əmrinə tabe olandır.
2) Şübhəsiz dua bir ibadətdir
Rəsulallah (s.ə.s) belə buyurur: ?Şübhəsiz dua, ibadətin özüdür? (İbn Macə, 3828)
3) Dua etmək, Allah qatında ən dəyərli bir əməldir
Rəsulallah (s.ə.s) belə buyurur: ?Allaha duadan daha şərəfli bir şey yoxdur? (İbn Macə, 3829)
4) Dua etmək, Allahın qəzəbini aparmağa səbəbdir
Rəsulallah (s.ə.s) belə buyurur: ?Hər kim Allaha dua etməsə, Allah o kimsəyə qəzəb edər? (İbn Macə, 3827)
5) Dua etmək acizlikdən qurtuluş və zəka üçün dəlildir
Rəsulallah (s.ə.s) belə buyurur: ?İnsanların ən aciz olanı dua etməkdə ən aciz olan kimsədir. İnsanların ən paxılı salama paxıllıq edəndir? (Təbərəni (əl-Əvsat, 5587))
İnsanların görünüş baxımından ən zəifi, əzim baxımından ən aşağı olanı, bəsirət baxımından ən kor olanı dua etməkdən aciz olanıdır. Çünki dua insana əsla zərər verməz, əksinə fayda verər.
6) Dua etmək, bəla enmədən əvvəl onu dəf etmək üçün bir səbəbdir
Rəsulallah (s.ə.s) belə buyurdu: ?Qəzanı, duadan başqa heç bir şey geri döndərməz? (Tirmiz, 2225; Əhməd, 22476)
Tarix: 07.05.2013 / 21:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 468 Bölmə: Dualar