(1)- Şeytandan Allaha pənah aparmaq – «Əuzu billəhi minə-ş-şeytani-r-racim» (Lənətlənmiş şeytandan Allaha sığınıram);
(2)- Əzən oxumaq
(3)- . Şəriətə uyğun zikrlər və Quran oxumaq.*
* – «Evlərinizi qəbirstanlıqlara çevirməyin. Həqiqətən, şeytan əl-Bəqara surəsinin oxunduğu ev¬dən qaçar».
Şeytanı səhər və axşam edilən zikrlər, yatarkən və yuxudan oyanarkən edilən zikrlər, məscidə girərkən və çıxarkən edilən zikrlər və yatarkən Kursi ayəsini, əl-Bəqara surəsinin axı¬rıncı iki ayəsini oxumaq kimi digər şəriətə uyğun zikrlər qovur. Kim yüz dəfə «Lə iləhə illə-l-llah vahdəhu lə şərikə ləhu, ləhu-l-mulk va ləhu-l-həmd va huva alə kulli şeyin qadir» (Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O təkdir, şəriki yoxdur, mülk və həmd Onundur, O hər şeyə qadirdir) – desə, həmin gün ərzində şeytandan qorunmuş olar. Əzən də şeytanı qovur.
(1) Əbu Davud, 1/206 və ət-Tirmizi. Bax: ət-Tirmizi, dəqiq. nəşri, 1/77; həmç. bax: əl-Müminun surəsi, 97-98-ci ayələr.
(2) Müslim, 1/291; əl-Buxari, 1/151.
(3) Müslim, 1/539.
Tarix: 07.05.2013 / 21:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 258 Bölmə: Dualar