Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayaq göbələyi...

Yoluxucu xəstəlik olan ayaq göbələyi ayaq barmaqlarının arasında əmələ gəlir. İlk zamanlar solğun ağ və sarı ləkələr kimi yaranır sonar isə xoşagəlməz və ağrılı bir problemə çevrilir.
Ayaq göbələyinə adətən tez-tez tərləyən ayaqlarda daha çox rast gəlinir. Bədənin dərisindən asılı olaraq bu infeksiyanın müalicəsi bəzən asan bəzən isə həddindən artıq çətin ola bilər.

Xəstəliyin əlamətləri:
• Dözülməz dərəcədə qaşınma.
• Ayağın formasında hiss olunan dəyişikliklər.
• Ayaqda səpkilər və onların sulanması.

Yaranma səbəbləri:
Göbələklər canlı qalması üçün gün işığına ehtiyacı olmayan mikroskopik canlılardır. Bu növ canlıların əsas yaranma mənbəyi rütubət və isti yerlerdir ki,tərləyən ayaqlarda bunun üçün ideal məkandır.

Müalicəsi:
Bu xəstəliyin müalicəsində ən çox istifadə olunur əsasən göbələk əlehinə kremlərdən lakin bunlar o qədər də effektiv olmurlar.Ən təsirli və çox istifadə olunan mazlar isə aşağıdakılardır:
• Itraconazole (İtrakanazol)
• Fluconazole (Difloks)
• Terbinafine (Lamisil)

Müalicə müddəti 6 həftədən 12 həftəyədək davam edəbilər.


Tarix: 19.01.2015 / 13:12 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Dermatologiya:
loading...