Həkimlər deyir ki, dəri xəstəlikləri başqa fəsadlara da yol aça bilər!
Havanın istiləşməsi dəri xəstəliklərinin artmasına yol açıb. Əsas səbəb uşaqların tətilə çıxdıqdan sonra küçədə, əyləncə və şəraiti yaxşı olmayan yerlərdə oynamalarıdır. Rayon və kənd yerlərində kiçik yaşlı uşaqların heyvanlar və quşlarla təmasda olması da dəri xəstəliyinə yol açır.
Müalicəsi vaxt aparılan dəri xəstəlikləri zədələyici təsirə malikdir. Virus tez yayılır ve bəzən epidemiya xarakteri daşıyır. Bəzən çibanın əmələ gəlməsi üçün kiçik bir zədə kifayət edir. Dəridə olan hər hansı bir qızartı yaxud ləkəyə valideyinlər çox vaxt biganə yanaşırlar.
Həkimlər isə vaxtında müalicənin vacib olduğunu deyirlər.
Piodermiya, çiban, korçiban, dolama kimi irinli dəri xəsəlikləri tez-tez baş verir. Bütün bunları və buna oxşar xəstəlikləri etraf mühitdən zədələnmiş dərinin üstünə duşən irintörədici mikroblar əmələ gətirir.
Tarix: 19.01.2015 / 13:10 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Dermatologiya: