İnsan vücudunun tərləmə səbəblərinə gəlin birlikdə nəzər salaq.
Tərləmənin səbəbləri fizioloji və psixoloji ola bilər. Psixoloji tərləmə insan utanarkən və ya qorxarkən, həyəcanlanarkən vücudda hərarət artar bu zaman bu hərarəti aşağı salmaq üçün tərləmə vücudun verdiyi reaksiyadır. Eyni zamanda vücuddakı toksinlər tərləmə nəticəsində ifraz olurlar. Əslində tərləmək insan sağlamlığı üçün önəmli və faydalı bir mexanizmdir.
Lakin vücuddakı bəzi bölgələr var ki,onların tərləməsi insanlara daima fziki və psixoloji cəhətdən narahatçılıq vermişdir. Onlardan ən önəmlisi isə xoşagəlməz qoxuya səbəb olan ayaq tərləmələridir. Ayaqların həddindən artıq tərləməsinə tər vəzilərinin normadan artıq işləməsi, xoşagəlməz qoxuya səbəb isə ayaqqabının içində qalan ayaqlarda yaranan bakteriyalardır. Hətta bəzən ayaqlar o qədər tərləyir ki, bədəndəki duz ayaqqabının üzərinə çıxaraq onu ağardır. Mütəxəsislər qarşıdan gələn yay aylarında bu problemlə üzləşməmək üçün:
• Hər gün ayaqları yumaq
• Hər gün eyni ayaqqabını geyinməmək
• Sintetik və yun corablardan istifadə etməmək
• Ayaq üçün krem və spreylərdən istifadə etmək
• Ayağı rəngli qara çayla yumaq
Tarix: 19.01.2015 / 13:11 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Dermatologiya: