Sızanaqların əmələ gəlmə səbəbləri müxtəlifdir. Bura: follikul vəzilərinin tıxanması və bakteriyaların sürətli inkişafı, piy vəzilərinin hiperaktivliyi, iltihab və s. aiddir. Civzəli səpgi əsasən yetkinlik çağına, yəni bədəndə bir sıra hormonal dəyişikliklərin baş verdiyi dövrə təsadüf edir. Bu dövrdə dəri daha da yağlanır. Məhz, bu baxımdan dərini yağlaşdıracaq qidalardan (karbohidratları çox olan) istifadəni dayandırmaq lazımdır. Xüsusi ilə dəri xəstəliyi olanlar üçün qidalanma vərdişləri əhəmiyyətlidir.
Türkiyəli mütəxəssis Dr. Figen Axın da qida rasionunda diqqətli olmağı məsləhət görüb. Onun sözlərinə görə çoxlu meyvə-tərəvəz qəbulu, aşağı karbohidratlı qidalardan istifadə sızanaqların müalicəsinə yaxşı təsir göstərir. Gün ərzində içilən təmiz su dərini təravətli və elastik edir.
Fast-food, ət və yağlı qidalar isə dərini yağlandıraraq, sızanaqların yaranmasına səbəb olur. Bu baxımdan həmin qidalar məsləhət görülmür.
Tarix: 19.01.2015 / 13:08 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Dermatologiya: