Ziyil insan vücudunun xaricində yaranan xala bənzər lakin xaldan çox-çox fərqli xüsusiyyətlərə malik dəri xəstəliyidir. Ziyilə adətən ən çox əllərdə və barmaqlarda rast gəlinir.
Ziyilin əlamətləri.
Ətli xala bənzəyən lakin müxtəlif rəngdə (ağ,qara bəzən isə çəhrayı) əsasən əllərdə, barmaqlarda və dırnaq ətrafında olan nöqtələrdir. Kəsdikdə qanayır lakin ağrısız olur. Əllərlə yanaşı bəzən bədənin digər hissələrində də ziyillərə rast gəlmək mümkündür.
Bu hissələrdən aşağı ətraflarda, cinsi orqanlarda bəzən qadınlarda uşaqlıq yolunda, üzdə və.s hissələrdə rast gəlmək olar.
Ziyilin yaranma səbəbi HPV (human papilloma virus) virusudur. Bu virusun 100-dən artıq növü mövcuddur. Digər infeksion xəstəliklər kimi ziyillərdə yoluxucudur və bu yolla törəyir.
Müalicəsi.
Ziyilləri aradan qaldırmağın bir çox yollaraı mövcuddur onlardan, azot mayesi vastəsi ilə ziyili donduraraq, kiçik bir əməliyyatla və ya lazer əməliyyatı ilə ziyili məhv etmək mümkündür
Tarix: 19.01.2015 / 13:11 Müəllif: Aziza Baxılıb: 136 Bölmə: Dermatologiya: