Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ailəsində dəri xəstəliyi olan uşaqlarda nələrə diqqət yetirilməli?

Bəzi ailələrdə uşaqların bir çoxunda dəri xəstəlikləri olur. Türkiyədə dermatologiya sahəsində fəaliyyət göstərən Dos. Dr. Deniz Dumanın sözlərinə görə bu hal uşaqlarda doğumdan etibarən ola bilər. Dərinin zədələnməsi ilə müşahidə olunan bəzi dəri xəstəlikləri var ki, erkən müalicə olunduqda ailə üzvlərindən yan keçir. Dəri xəstəliklərində genetik faktorlar da önəmlidir. Bundan əlavə göbələk tipli xəstəliklərdən və ya ayaq dabanında olan dəri problemlərindən uzaq olmaq üçün ayaqqabıdan tutmuş ortaq istifadə edilən bəzi əşyalara kimi diqqətli olmaq vacibdir. İnsanları narahat edən dəri problemlərindən biri dəri quruluğudur. Dəri quruluğu gərilmə hissi, pul pul soyulma, kəpəklənmə, çatlaqlar və qaşınma ilə özünü göstərir. Daha çox insan yaşlaşdıqca ortaya çıxır.
Dəri quruluğuna səbəb olan faktorlara isti su, yuyucu maddələr, küləyə çox məruz qalmaq, ətraf mühitin çirkliliyi, isidicilərin otaq havasını qurutması və s. aid edilir. Bundan başqa metabolik pozğunluqlar, qalxanabənzər vəzinin yetərincə işləməməsi (hipotiroid ), çox çəki itkisi və düzgün qidalanmamaq da dəri quruluğuna səbəb olur.
Dəri quruluğu olan insan istifadə etdiyi kremlərin tərkibinə diqqət etməli və həmin kremləri dəri tipinə görə seçməlidir.
Dəri quruluğunun həlli üçün düzgün qidalanmaqda vacibdir. Əsas şərtlərdən biri bol su içməkdir. Xüsusən cox meyvə və tərəvəz qəbul olunmalı, maye yağlardan istifadə edilməlidir.
Günəşin təsirindən qorunmaq üçün isə SPF kremlərindən istifadə edilməlidir. Əllər mümkün olduqca az yuyulmalıdır.


Tarix: 19.01.2015 / 13:08 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Dermatologiya:
loading...