Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəmli dəri üçün bəzi məsləhətlər

Müasir dövrdə dərini günəş ləkələrinə və ekoloji çirkliyə qarşı qorumaq olduqca asandır.
Cildin hansı rəngdə olmasından asılı olmayaraq üz dərisində quruluq əlamətləri olduğu zaman ilk növbədə dərini nəmləndirmək məsləhətdir.
Günəş ləkələri, toz və çirk dərinin quru və solğun görünməsinə səbəb olur. Bunlar dəridə zamanla sızanaqlara da gətirib çıxarır. Bu kimi dəri problemlərini önləmək üçün losyonlardan və lazımi gözəllik prosedurlarından əlavə yağlı nəmləndiricilərdən, dəri gözəlliyinə faydası olan meyvə-tərəvəzlərən, çoxlu maye qəbulundan istifadə etmək lazımdır.
- Losyonlar və yağlı nəmləndiricilər dərini ipək kimi edir. Cildin təravətli və gənc görünməsinə təsirlidir. Bu nəmləndiricilər həmçinin dərini günəşin zərərli şüalarına qarşı da qoruyur.
- Sulu və təzə olan meyvə-tərəvəzlər dərini qidalandırmağa kömək edir. Dərini gözəlləşdirən meyvə-tərəvəzlərdə daha çox minerallar və vitaminlər (C, E A və s.) var. İstəyə uyğun bu tərz qidalanmağa üstünlük vermək olar.
- Gün ərzində 8-10 stəkan maye qəbul etmək dərini nəmli saxlamağa kömək edir. Daha çox sudan istifadə bədənin təbii təmizlənməsinə, dərinin sağlam və yumşaq olmasına təsirlidir.
Soyuq-isti havalarda və mövsümi dəyişikliklər zamanı bəzi insanlarda yaranan dəri quruluğu üçün gecə lasyonlarından istifadə uyğundur.
Onuda qeyd etmək lazımdır ki, quru dərini nəmləndirərkən isti su ilə yumayın. İsti su dəri yağına zərər edərək dəri enflamasyonunu artırır.
Bu baxımdan dərini ilıq su ilə yumaq məsləhətdir.


Tarix: 19.01.2015 / 13:08 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Dermatologiya:
loading...