Həyatda tez-tez rastlaşdığımız sızanaq problemi bir dəri xəstəliyidir. İnsan həyatı üçün çox təhlükəli olmasa ona qarşı biganə olmaq da düzgün olmaz. Sızanaqlar dəridə ömürlük izi qalan çapıqlar əmələ gətirə bilər.
Dermatoloqlar qeyd edir ki, sızanaqlar irqindən və cinsindən asılı olmayaraq 11-30 yaş arasında hər zaman çıxa bilər. Lakin istisnalar da mövcuddur ki, 50 yaşında da insan bu problemlə rastlaşa bilər.
Sızanaqların yaranmasına səbəb nədir?
Dəqiq səbəbi bilinməsədə sızanağın vücuddakı androgen tipli hormonun səviyyəsinin qalxması zamanı ölü dəri hüceyrələrinin piy vəzləri vasitəsi ilə dəri xaricinə çıxması nəticəsində yarandığı düşünülür.
Sızanağın bir neçə növü mövcuddur.
• Ağ başlıqlı sızanaqlar-adətən dəri altında qalırlar və çox balaca olurlar.
• Qara başlıqlı sızanaqlar-dərinin üzərində aydın şəkildə gözlə rahat görünən bu kimi sızanaqları təmizləyərkən ehtiyatlı olmaq məsləhət görülür əks halda üzdə çapıqlara səbəb ola bilər.
• Düyünlər-dəri üzərində görülə bilən düyün sızanaqlar həmdə ağrılı olur.
• Kistalar-dəri üzərində görünən və içərisi irinlə dolu olan sızanaqlar.
Tarix: 19.01.2015 / 13:11 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Dermatologiya: