Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənin axtardıqların, səni axtarır

Xəzinənin öz evində basdırıldığını anlamaq üçün, hərdən dünyanı dolaşmaq lazım gəlir.

Sən gözəlliyi görmək qabiliyyətinə maliksənsə, bu sənin içindəki gözəlliklə bağlıdır. Çünki dünya güzgü kimidir, orda hər kəs öz əksini görür.

Bir dəfə baş verən şey, daha heç vaxt baş verməyə bilər. Amma iki dəfə baş verən şey, mütləq üçüncü dəfə də baş verəcək.

Əgər sən bir şeyi ürəkdən istəyirsənsə, bütün kainat bu arzunun yerinə yetməsi üçün səfərbər olacaq.

İnsanların məndən gözlədiyi hərəkətləri etsəm, o zaman onların quluna çevriləcəm.

Həyat həmişə hərəkət etmək üçün münasib vaxtı gözləyir.

Azmaq – nəsə maraqlı bir şey tapmağın ən yaxşı üsuludur.

Heç vaxt malik olmadığın bir şeyə sahib olmaq istəyirsənsə, heç vaxt olmadığın birisi olmalısan.

Gedən sizin üçün çox qiymətli də olsa, qapını örtün ki, içəridə qalanlar üşüməsin.

Dünyada hər şey eyni şeyin müxtəlif təzahürləridir.

İnsanlar lazımlı şeyləri arxadan danışırlar, sərf edən şeyləri isə gözün içinə baxa-baxa.

Bizim mələklərimiz həmişə bizimlədirlər, onlar bizə nəsə demək üçün bəzən başqalarının dodaqlarından istifadə edirlər.

Bəzi insanlar dünyaya göz açıblar ki, tənha yaşasınlar. Bu nə pisdir, nə də yaxşı, bu həyatdır.

Heç vaxt xəyallardan imtina etmək olmaz! Yeməklər bədənimizi qidalandırdığı kimi, xəyallar da ruhumuzu qidalandırır. Hər nə qədər arzularımız puç olsa da, onlardan vaz keçmək olmaz.

Bəzən səninlə birlikdə kimlərin qaçacağını bilmək üçün qaçmalısan. Bəzən sən daha astadan danışmalısan, əslində kimin sənə qulaq asdığını görmək üçün. Bəzən kimlərin səninlə birlikdə olduğunu bilmək üçün bir addım geri çəkilməlisən. Bəzən sən səhv qərarlar çıxarmalısan, biləsən ki, hər şey dağılanda kimlər səninlə qalacaq.

Cavabları tapdıqdan sonra, bütün suallar dəyişdi.

Bəzən yaşamağa başlamaq üçün, ölmək lazımdır.
Sənin axtardıqların, səni axtarır.

İnsanlar həm hər şeyi dəyişmək istəyir, həm də istəyirlər ki, hər şey olduğu kimi qalsın.

İnsan hər şeyi tərsinə edir. Tez böyüməyə tələsir, sonra uşaqlığının həsrətini çəkir. Pul üçün sağlamlığını verir, sonra sağlamlıq üçün pul xərcləyir. Gələcəyi səbirsizliklə gözləyir, indiyə məhəl qoymur və buna görə də nə indiyə, nə də gələcəyə sahib olur. Elə yaşayır ki, sanki heç vaxt ölməyəcək, elə ölür ki, sanki heç yaşamayıb.


Tarix: 10.12.2014 / 16:14 Müəllif: Aziza Baxılıb: 786 Bölmə: Dahilerin sözleri
loading...