Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BİR QURTUM SU VERİN

Yazmaq - qələm kimi yonulmaqdı da,
yonulub kağızdan yuxa çıxıram…
Qara günlər çıxır kir kimi məndən,
yuyunub beş arşın ağa çıxıram.

Nə yanğı söndürmək, nə içmək üçün –
bir qurtum su verin tüpürmək üçün…
Sənin ad gününə gül dərmək üçün
sinəmə çəkdiyin dağa çıxıram…

Öz üstümə qoşun göndərən şaham…
Yellər də qoşuldu mən çəkən aha…
Səni axtarmağa gedirəm daha –
ta mən də bu gündən yoxa çıxıram.


Tarix: 19.11.2013 / 04:01 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Dahilerin sözleri
loading...