* Şöhrət ölməz əməllərin ətridir. ( Sokrat )
* Şöhrət çox bahalı, lakin tez xarab olan maldır. ( Balzak )
* Şöhrət - uzaqdan günəş kimi parlaq və isidici, yaxınlaşdığınız zaman isə bir dağ zirvəsi kimi soyuqdur. ( Balzak )
* Bəxtin iki övladı var: biri inam, digəri şöhrət. ( Frensis Bekon )
* Gördüyü işin əbədiliyinə əmin olan şəxs heç vaxt şöhrət dalınca qaçmır, çünki onsuz belə xoşbəxtdir. ( Anri Berqson )
* Şöhrət gün işığında dayanmış ehtirasın kölgəsidir. ( Xəlil Cübran )
* Şöhrət əldə edilənə qədər maraqlıdır, əldə edildikdən sonra maraqdan düşür. ( Paul Ernest )
* Layiq olmadığı şöhrətə yüksələnlər az sonra oradan enməyə məhkumdurlar. ( Naməlum )
* Şöhrətpərəstlik insana qalib gəlsə, onu öz nəfsinin qulu edər. ( Abbasqulu ağa Bakıxanov )
* Şöhrətpərəst adama başqalarının rəyi deyil, onların rəyi haqqında öz rəyi əhəmiyyətlidir. ( Fridrix Nitsşe )
* Şöhrət xalqın xəstə nəfəsidir. ( Jan Jak Russo )
* Kiminsə təlxəyi olmaq çox kədərli məşğuliyyətdir. Şöhrətpərəst adam isə hamının təlxəyidir. ( Uilyam Penn )
* Vüqar sanki adamın boyunu ucaldır, şöhrətpərəstlik isə üfürüb şişirdir. ( Samuel Smayls )
* Şöhrətpərəstlik adamı təbiilikdən məhrum edir. ( Lyuk de Klapye Vovenarq )
* Etiraf etməliyik ki, məşhurların çoxu yalnız öldükdən sonra şöhrətə çatmışdır. ( Samuel Smayls )
* Ən qüdrətli ehtiras şöhrətpərəstlikdir. İlahi, məni bu ehtirasdan xilas et, qalanlarından özüm də xilas ola bilərəm. ( Riçard Şeridan )
* Şöhrətpərəstlik yalançılığın anasıdır. ( Atalar sözü )
* Sənin şöhrətin sənin kölgən kimidir- o gah səndən qabaqda, gah arxada gedir; bəzən səndən böyük, bəzən isə kiçik olur. ( Qotlip Teodor Hippel )
* İnsanlar ancaq layiq olduqları şöhrətə sahib ola bilərlər. ( Höte )
* Bəzi məşhur adamlar öz şöhrətlərinə görə pərəstişkarlarına borcludurlar. ( Georq Lixtenberq )
Tarix: 10.12.2014 / 12:21 Müəllif: Aziza Baxılıb: 116 Bölmə: Dahilerin sözleri