Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kitab Ve Insan

Romanlar, hekayələr, şeirlər,ədəbiyyatın insanlığa bəxş etdiyi möcüzələrdir…

Goethenin fikrincə "İnsan özünü sadəcə insanda tanıyar". Ədəbiyyatın yeganə mövzusu da ‘insan' olduğuna görə, insanı tanımağın ən yaxşı yolu ədəbi əsərləri oxumaqdır. Özümüzü tanımaq bu qədər əhəmiyyətlidir? Bəli.Bəlkə də insanların tək yaşamaq səbəbi budur: Var olmağın ,hadisələrin həllini tapmaq.Oxuduqlarımızdan,bildiklərimizdən həyata dair nəticə çıxartmaq.Hər yazar kitab yazarkən bildiklərinidə öz kitabında oxucuları ilə bölüşür.Məqsəd insanların fikrini,mövqeyini doğru yola çəkmək,oxuduqları bu kitabdan faydalanmaları üçündür.
Özünü tanıyan insan əskikliklərini, zəifliklərini görər. Gördüklərinin sayəsində səhvlərini düzəltməyə və gücləndirməyə səy göstərər. Necə ki bir həkim xəstəliyi yoxlamamış müalicə edə bilmədiyi kimi; insan da özünü tanımasa varlığını gücləndirə bilməz. Kitab oxumaq, xüsusilə ədəbi əsərləri oxumaq həqiqətən də insan ruhunun dərinliyində gizli olan hissləri ortaya çıxarır.

Bir deyim var ‘Az oxuyan insan, az yaşayar.' Burada az yaşamaq qısa ömürlü olmaq mənasını vermir. Az yaşamaq demək; mənasız, boş, rəngsiz yaşamaq deməkdir. Məsuliyyətsiz insanlar oxumağı sevməzlər. Yaşadığı cəmiyyətin problemlərini əhəmiyyətsiz hesab edən insanlar az oxuyarlar, az yaşayarlar. Mənalı yaşamaq,eyni zamanda hər gün yeni bir şey öyrənmək insan üçünsə tam fərqlidir. Bu həssaslığa sahib olan insanlar çox kitab oxuyarlar.

Bir roman, bir hekayə, bir şeir oxuyarkən başqa insanlarla birlikdə olarıq. Onlarla dərdləşər, dostluq edərik. Təkliyimizdən xilas olarıq. Görərik ki onların ağrıları ilə bizim ağrılarımız arasında heç bir fərq yoxdur. Başa düşərik ki, onların da xoşbəxtlik səbəbləri bizimki ilə eynidir. Bizdən uzaqda, başqa rəngdə, başqa irqdə, başqa dildə olan insanlarla eyni hissləri bölüşmək universal dəyərlərin şüuruna çatmağımıza dostluğu ,sevgini, azadlığı elə içi boş sözlər olaraq deyil də həqiqətən hiss etməyimizi təmin edər. Öz fikirlərmizə də, başqalarının fikirlərinədə hörmət etməyi beləcə öyrənərik.

Ədəbiyyatın bizə bəxş etdiyi möcüzələr əlimizdəykən, onlara toxunmamaq özümüzə etdiyimiz ən böyük pislikdir.Bəzən insan elə kitablar oxuyur ki,kitabın içindəkilər insanı düşünməyə vadar edir.Xüsusi hissələr insan beyninə həkk olur.Bəs sizin xüsusi xatırladığınız və sizə müəyyən dərəcə təsir etmiş bir kitab olubmu?


Tarix: 19.11.2013 / 04:01 Müəllif: Akhundoff Baxılıb: 232 Bölmə: Dahilerin sözleri
loading...