Bu məqalədə, istifadəçilərə çoxları üçün cani, bəziləi üçün isə dahi şəxsiyyət olan Adolf Hitlerin maraqlı sitatlarını təqdim edirəm.
Xalqın geniş kütlələrini milli ruhda tərbiyə etməyi ancaq və ancaq onların sosial səviyyəsini yüksəltməklə etmək olar.
Öz yolunu seçdinsə axıra kimi onunla get.
Bəşəriyyətin yüksək məqsədi mövcud olan dövlət formasını və ya hakimiyyəti qorumaq deyil, xalqın başlanğıcını qorumaqdır.
Heç kimi sevməmək səni məğlubedilməz edən böyük bir vergidir, heç kimi sevməməklə sən ən qorxulu ağrıdan azad olursan.
Dünyanın fəth edilməsi barədə danışarkən biz qurunun 1/6 hissəsinə diqqət yetirməməyi bilmərik. (Söhbət SSRİ-dən gedir).
Əgər biz bütün dünyanı fəth edə bilmiriksə onda onun yarı hissəsini özümüzlə birgə məhvə doğru aparmalıyıq.
Həyat – ölüm üçün olan növbədir, bəziləri bura növbədən kənar daxil olur.
Mən xristianlığı rədd edirəm, çünki o, yəhudiliyin məhsuludur, beynəlmiləlçilikdir və çünki o, dünyada sülhü təbliğ edir.
İslam xalqları bizə həmişə daha çox yaxın olacaq, məsələn Fransadan fərqli olaraq.
Bankları, zavodları milliləşdirmək nəyimizə lazımdır? Biz insanları milliləşdiririk.
Özümün və bütün əsl nasional-sosialistlərin adından deyim ki, bizim üçün ancaq 1 doktrina mövcuddur – xalq və vətən.
Yaşamaq istəyən mübarizə aparmağa məcburdur, kim əbədi mübarizə olan bu dünyada müqavimət göstərmək istəmirsə o, yaşamaq haqqına malik deyil.
Tarix: 10.12.2014 / 12:41 Müəllif: Aziza Baxılıb: 182 Bölmə: Dahilerin sözleri