Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tale kartları qarışdırır, biz də oynayırıq

Dünyanın ən yoxsul insanı, puldan başqa heç bir şeyi olmayandır.

Evlənmək, hüquqları ikiyə bölmək və vəzifələrini isə ikiyə vurmaq deməkdir.

Əhəmiyyət verməmək əhəmiyyət verilməyə gətirib çıxarır.

Həyat bərbad bir şeydir. Həyatımı onu düşünərək keçirməyə qərar verdim.

Həyatın ilk əlli ili hadisə, geridə qalanı isə şərhdir.

Hər kəs özündə əskik olanı sevər.

İki ayaqlı heyvanların sıradan söhbətləri qədər sonsuz və sıxıcı bir söhbəti davam etdirməkdənsə, heç danışmamaq daha yaxşıdır.

İnkişafımız üçün təkcə aynaya ehtiyacımız var.

İnsan təbii ki istədiyini edə bilər, amma istədiyini istəyə bilməz.

Məntiqlə böyüdülməyən şey məntiqlə idarə oluna bilməz.

Mərhəmət əxlaqın təməlidir.

Bacardığım qədər az şey diləmək və çox şey öyrənmək istəyirəm.

Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey heç nədir.

Şükür ki, yüz axmaq bir araya gəlsə də bir ağıllıya bərabər ola bilmirlər.

Tale kartları qarışdırır, biz də oynayırıq.

Zənginlik dəniz suyu kimidir, nə qədər çox içsən, susuzluğun bir o qədər artar.

Ağlım mənə deyil, dünyaya aiddir.

Ağıllı bir insan təklikdə, düşüncələri və təxəyyüllə mükəmməl bir əyləncəyə malikdir.

Bu dünyanı Tanrı yaradıbsa, onun yerində olmaq istəmərəm. Çünki, dünyanın səfaləti ürəyimi parçalayar. Yaradıcı bir ruh düşünülsə, yaratdığı şeyi göstərərək ona belə qışqırmaq haqqımızdır: «Bu qədər bədbəxtliyi və kədəri ortaya çıxarmaq üçün, heçliyin səssizliyini və tərpənməzliyini pozmağa necə cəhd etdin?»


Tarix: 10.12.2014 / 15:50 Müəllif: Aziza Baxılıb: 114 Bölmə: Dahilerin sözleri
loading...