Hər insanın həyatında xoşbəxtliyə qovuşa bilməsi üçün verilmiş bir saat vardır. İş, o saatı qaçırmamaqdadır... (B. Fletcher)
İnsan iki şeyi gizlədə bilməz: Sərxoş və aşiq olduğunu. (Antiphanes)
Qazanmadan əvvəl layiq olduğunuza inanın. (Mike Ditka)
Oyunda uduzsanız qaydanı dəyişdirin (Murphy)
Qadın, kişinin diqqətindən çox diqqətsizliyinə qarşı həssasdır. (Jules Janin)
Bir ana oğulunu adam etmək üçün 20 il əziyyət çəkər, bir başqa qadın adamın 20 dəqiqədə ağılını başından alar. (Anonim)
İnsan, təbəssüm ilə göz yaşı arasında gedib gələn bir rəqqasdır. (Byron)
Ən böyük müvəffəqiyyət insanın həyatı ola bildiyincə yaşaya bilməsidir. (M. Christopher)
Allah məni yanımdakılardan qorusun; mən özümü düşmənlərimdən necəsə qoruya bilərəm. (Marshall da Villars)
Rəqs meydanında da, həyatdakı kimi, ancaq partneriniz qədər yaxşı ola bilərsiniz. (Robin Marantz)
Malı və pulu xor görən çoxdur, amma verən az. (Rochefoucauld)
Cənnətə çatana qədər bəxtinə güvənmə. (Filipin Sözü)
Əgər sizə yalan danışılmasını istəmirsinizsə, sual verməyin. (B. Traven)
"Yaxşı bir insan olmaq" ilə "yaxşı bir vətəndaş olmaq" əsla eyni şey deyildir. (Aristo)
Bizə cazibədar gələn döyüşdür, mübarizədir, zəfər, qələbə deyil. (Paskal)
Şəhər, xalqın birlikdə tək qaldığı mühitdir. (Prochnow)
Bir yerdəki haqsızlıq, ədalət üçün hər yerdə təhlükədir. (Martin Luther King)
İnsanlar mənfəətləri üçün, hüquqları üçün olduğundan daha çalışqandırlar. (Napoleon)
Bir klassik hər kəsin oxumuş olmaq istədiyi, ancaq kimsənin oxumağı istəmədiyi əsərdir. (Mark Twain)
Təcrübə köhnə səhvlərimizi təkrarlamamızı önləyər, yeni səhvlər etməmizi təmin edər. (Anonim)
Təcrübə böyük üstünlükdür. Ancaq qazandığımız zaman onu istifadə etməyəcək qədər yaşlısınız adətən. (Jimmy Connors)
Hər kəs cənnətə getmək istəyər, amma kimsə ölmək istəməz. (Joe Luis)
Bir şeyin haqlı olduğunu bildiyin halda, o şeydən yana çıxmazsansa, qorxaqsan deməkdir. (Konfutsi)
Tarix: 10.12.2014 / 11:26 Müəllif: Aziza Baxılıb: 182 Bölmə: Dahilerin sözleri