Əgər, yalnız başqalarının oxuduqları kitabları oxuyursuzsa, o zaman elə onların düşündükləri kimi düşünəcəksiniz, əlavə heç nə.
Xatirələr insanı lap dərindən isidir, amma eyni zamanda da parça — parça edərək məhv edir.
Ağrı qaçılmazdır, əzab çəkmək isə mütləq deyil.
Özünüz haqqında düşünərkən məyusluq hissindən qaçın. Özlərinə görə məyus olanlar ancaq axmaqlardır.
Mən daim nələrisə arzulayıram. Hərdən düşünürəm ki, bu etdiyim ən doğru şeydir.
Bizə hiss etdirdiyi əzablardan asılı olmayaraq, bəzi xatirələrin nə vaxtsa yoxa çıxmasını istəmirik.
Ölüm həyatın əksi deyil, lakin onun bir hissəsidir.
Hər şeydən əl çəkərək, heç bir ins-cinsin tərəfindən tanınmayan sadə bir məkana getmək əla olardı.
Dəlilikləri ciddi qəbul etmək əsl vaxt itkisidir.
Təəssüf ki, saat taqqıldayır, vaxt keçir. Keçmişin imkanları artır, gələcək öz yerini tutur, imkanlar azalır və peşmanlıq özünün ən yüksək həddinə çatır.
Heç kəs yalnızlığı belə çox sevə bilməz. Mən dost qazanmaq xətrinə öz yolumu dəyişmərəm, hər şey belə sadədir, çünki bu sadəcə məyusluğa doğru aparacaq.
Tarix: 10.12.2014 / 15:54 Müəllif: Aziza Baxılıb: 99 Bölmə: Dahilerin sözleri