1. Əsl namuslu insan ailəsini özündən, vətəni ailəsindən, bəşəriyyəti vətənindən üstün tutmalıdır.
2. Heç nə bilməyən və bilməyə çalışmayan adam çox bədbəxtdir. Çünki ona iki bədbəxtlik birdən üz vermişdir.
3. Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.
4. Kəşf etmək hamının gördüyünü görmək, lakin hələ heç kəsin ağlına gəlmədiyini düşünmək deməkdir.
5. Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalanı həyatın işidir.
6. O günü, o saatı bədbəxt say ki, yeni bir şey öyrənməmisən.
7. Az bilmək və özünü çox bilən kimi göstərmək xəstəlikdir, yalnız bu xəstəliyi başa düşməklə ondan xilas ola bilirsən.
8. Hamı öz yaddaşından gileylənir, ancaq heç kəs ağıldan şikayətlənmir.
9. Ağıllı adamın axmaq qarşısında susması təəccüblü deyildir, çünki nağara səsi tar səsinə, sarımsaq iyi ənbər qoxusuna
həmişə üstün gələr.
10. Elmdə hər bir mütərəqqi addım dini geri çəkilməyə məcbur edir.
11. Baş ürəyi tərbiyə etməlidir.
12. Üç şey: atılmış ox, deyilmiş söz və keçmiş günlər geri qayıtmır.
13. Sözün yarısı onu deyənə, yarısı da qulaq asana məxsusdur.
14. Qanadın yoxdursa yüksəklərə uçmaq təşəbbüsündə olma.
15. Deyirlər ki, adamlara iki qulaq və bir dil çox eşidib, az danışmaq üçün verilmişdir.
16. Hər kəs öz dilinin altında gizlənmişdir.
17. Atalar sözləri şəhadət barmağında daim parlayan qiymətli üzükdür.
18. Demədiyimi hər vaxt deyə bilərəm, lakin dediyimi dana bilmərəm.
19. Kişi səs verər, sirr verməz.
20. Vətən hissi izahedilməzdir, biz onu analıq hissilə bağlayırıq.
21. İdeyasız yaşamaq məqsədsiz yaşamağa bənzəyir və insanı bir şəxsiyyət kimi mənəvi cəhətdən yoxsullaşdırır.
22. İnsanın nəyə qadir olduğu yalnız maneələrlə mübarizədə aydın olur.
23. Mümkün olmayanı yalnız insan mümkün edə bilər. Həm də mümkün edə bilməyi düşünənlər edə bilər.
24. Heç vaxt dayanmaq bilməyən həyatla bərabər daim irəliyə, irəliyə doğru getmək lazımdır.
25. İt sənə dost olar bir sümük atsan,
Namərd, qədir bilməz qurban da olsan.
26. Mənə elə dost lazım deyildir ki, hər şeydə mənimlə razılaşsın, mən başımı əyəndə o da əysin, ona qalsa mənim kölgəm də
dostdur.
27. İş bizi üç bəladan: avaraçılıqdan, qəbahətdən və ehtiyacdan xilas edir.
28. Tər əməyin göz yaşlarıdır.
29. Sevgi yarası öldürməsə də heç bir zaman sağalmır.
30. Məhəbbət nə qədər təmkinli və sakit olarsa, o qədər də çox davam edir. Adət onu möhkəmlədib bütün həyat boyu saxlayır.
31. Ana olmasa nə şair olar, nə də qəhraman.
32.Ana qəlbi - möcüzələr xəzinəsidir.
33. Dünyada ən yaxşı ləzzət və böyük fərəh - özünün başqasına lazım olduğunu hiss etməkdir.
34. Xoşbəxtlik dörd şeydən ibarətdir: əsli pak, ürəyi pak, əli pak, ürəyi doğru.
35. Sevgi hər şeyə qalib gəlir, gəlin biz də onun hökmranlığına tabe olaq.
Tarix: 19.11.2013 / 04:01 Müəllif: Akhundoff Baxılıb: 200 Bölmə: Dahilerin sözleri