Tanrı bir gün Peyğəmbərə bir sandıq hədiyyə edir və deyir ki: - Bu sandığı sənə əmanət edirəm amma, nəbadə ki, içini açıb baxasan... Yaxşı deyir Peyğəmbər. Üstündən xeyli zaman keçir və peyğəmbər bir marağa düşür görəsən sandıqda nə var? İçi- içini yeyir. Sonunda dayana bilmir və sandığı bir az aralayıb içine baxır, amma sandığı açan kimi içindən bir sarı göyərçin və bir mavi göyərçin uçur. Peyğəmbər son hücumla sandığı bağlayır və içində tək bir ağ göyərçin qalır. Və Tanrı yanına gəlir, Peyğəmbər etdiyi günahın fərqindədir, xəcalətlidir. Tanrı deyir: Uçurtduğun o sarı göyərçin insan üçün sonsuza qədər qalıcılıq idi yəni "ÖLÜMSÜZLÜK"dü.
Uçurtduğun o mavi göyərçin sonsuza qədər xoşbəxtlik yəni "BARIŞ" idi. Yaxşı deyir Peyğəmbər içində qalan ağ göyərçin nədir? Tanrı cavab verir. - O da sonsuza qədər "ÜMİD"dir...
Tarix: 19.11.2013 / 04:01 Müəllif: Akhundoff Baxılıb: 212 Bölmə: Dahilerin sözleri