Kişilər dörd qismdir:1 kişi bilir və bilir ki,o,həqiqətən bilir,o,alimdir,ona tabe olun.1 kişi bilir və bilmir ki,o,həqiqətən bilir,o,yatan adam kimidir,onu oyadın.1 kişi bilmir və o bilir ki,o,həqiqətən bilmir,o,yol itirəndir,ona yol göstərin.1 kişi bilmir və bilmir ki,o həqiqətən bilmir,o,nadandır,ondan uzaqlaşın.
****** ****** ****** ****** ****** ******
Dörd şey bədəni qüvvətləndirir:ət yemək,ətriyyat iyləmək,çox çimmək,kətan paltar geyinmək.
****** ****** ****** ****** ****** ******
Dörd şeydən qorxmayın:onlar 4 şey üçündür;zökəm sizi cüzamdan,çiban dəri xəstəliyindən,göz ağrısı kor olmaqdan,bəlğəm öskürək iflicdən qoruyur.
****** ****** ****** ****** ****** ******
Baş tükünün ağarmasının dörd əlaməti var:alın nahiyəsindən ağarması şücaətlik əlaməti,qabaq tərəfdən ağarması xoşbəxtlik əlaməti,iki tərəfdən ağarması səxavətlik əlaməti,arxadan ağarması isə pislik əlamətidir.
****** ****** ****** ****** ****** ******
Dörd şey səni dörd şeyə çatdırar:səbr istəyə,çalışmaq mətləbə,pəhrizkarlıq saflığa,qənaət dövlətə.
****** ****** ****** ****** ****** ******
Dörd adam Dörd şey ilə tanınar:yazı yazan yazısı,alim cavabı,hikmət sahibi işi,həlim adam yumşaqlığı ilə.
****** ****** ****** ****** ****** ******
Dörd şey gözəllik xəzinəsindəndir:yoxsulluğunu,sədəqə verdiyini,dərdini,istəyini gizli saxlamaq.
****** ****** ****** ****** ****** ******
Dörd şey dörd şeydən doymaz:yer yağışdan,göz baxmaqdan,yar yardan,alim elmdən.
****** ****** ****** ****** ****** ******
Xoşbəxtlik əlaməti dörddür:keçən günahlara peşman olmaq,eyləyə bilmədiyin yaxşılıqlara təəssüflənmək,elm və ədəbdə özündən yüksək olan adamlara baxmaq,bar-dövlətdə özündən yoxsullara baxmaq.
****** ****** ****** ****** ****** ******
Dörd şey ömrü artırar:bakirə qız ilə evlənmək,isti su ilə çimmək,sağ tərəfi üstə yatmaq,səhərlər alma yemək.
****** ****** ****** ****** ****** ******
Dörd şeyin qədrini bil:cavanlığının,əmin-amanlığın,sağlamlığının,ölülərin.
****** ****** ****** ****** ****** ******
Dörd şeyi yadda saxla:ən böyük dövlət əqldir,ən böyük yoxsulluq axmaqlıqdır,ən böyük dəhşət özünü bəyənmək,ən böyük ünsiyyət gözəl rəftar,yaxşı xasiyyətdir.
****** ****** ****** ****** ****** ******
Dörd şey insana şərəf gətirər:həqq işdə qəlbi qorumaq,süfrə üstündə boğazı qorumaq,başqasının evində gözlərini qorumaq,xalq arasında dilini qorumaq.
****** ****** ****** ****** ****** *******
Dörd şey dörd şeyi gətirər:sakit olmaq rahatlıq,uzun danışmaq rüsvayçılıq,səxavət ucalıq,şükr etmək isə bolluq gətirər.
****** ****** ****** ****** ****** ******
Dörd adamda dörd şey olmaz:yalançıda mürüvvət,həsəd aparanda rahatlıq,paxılda səadət,yaramazda ülviyyət.
****** ****** ****** ****** ****** ******
Dörd nəfərlə dostluqdan çəkin:axmaqla,yalançı ilə,paxılla,fitnəkarla.
****** ****** ****** ****** ****** ******
Kişilərin səadəti dörd şeydən asılıdır:salihə əyalı ola,gözəl övlafı ola,etibarlı dostu ola,öz vilayətində yaşaya.
****** ****** ****** ****** ******* ******
Kişilər dörd sifətə malikdir:kəramətli,səxavətli,paxıl və ləim.Kəramətli özü yeməz,xəlqə verər.Səxavətli özü də yeyər,xəlqə də verər.Paxıl özü yeyər,xəlqə verməz.Ləim nə özq yeyər,nə də xalqa verər.
****** ****** ****** ****** ****** ******
Dörd şey çox çətindir:əsəbi halda günahkarı bağışlamaq,az maldan səxavət göstərmək,xəlvətdə iffəti-isməti qorumaq,qorxulu vəziyyətdə haqqı demək.
Tarix: 19.11.2013 / 04:01 Müəllif: Akhundoff Baxılıb: 293 Bölmə: Dahilerin sözleri