Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Frans Kafkanın sözləri

Cəmi 41 il ömür sürmüş, ölümündən sonra bütün əsərlərini son nüsxəyəcən tapıb yandırmağı dostlarından xahiş etmiş, qeyri-adi düşüncə tərzi, bənzərsiz əsərləri, son dərəcə özünəməxsus yaradıcıhq mövqeyinə malik olan. dünya ədəbiyyatının korifeylərindən sayılan Avstriya yazıçısı Frans Kafka diqqətinizə təqdim olunan bu səhifədəki fikirlərin də müəllifidir.

Azadlıq ən yüksək duyğulara aid edildiyindən, azadlıq haqqında yalan da yüksək hesab olunur.
Biz özümüzdə olan işgüzar fərasəti və bic yumoru daha çox qiymətləndiririk.
İlk təəssürat keçicidir.
Camaat heç kəsə qeydi-şərtsiz sədaqətli deyil.
Gülüş arzu olunan qonağımızdır.
Çox az adam dilini dinc qoya bilir.
Gənclik hər şeyə yaxşı nəzərlə baxır.
Əfsanələr izahedilməzi izah etmək üçündür.
Gənclik hər zaman xoşbəxtdir, çünki gözəlliyi duymaq bacarığındadır. Bu bacarığın tükəndiyi yerdə ümidsiz qocalıq və bədbəxtlik başlanır.
Gözəlliyi görmək və duymaq bacarığım qoruyub saxlayanlar heç zaman qocalmırlar.
Poeziya həyatı bəzəyir, başqa cildə salır...
Qələm yazıçının aləti yox, bədəninin bir üzvüdür.
Əsl sənət xalis güzgüdür, ancaq о hərdən saat kimi qabağa qaçır.
Sənət — yalnız həqiqət arxasınca yol gedən bir ekspedisiyadır.
Həqiqət hər kəsə yaşamaq üçün gərəkdir və onu kimdənsə almaq, nə yollasa ƏLDƏ etmək mümkün de­yil. Həqiqəti hər kəs fasiləsiz olaraq özü öz içindən yaratmalıdır, əks təqdirdə, insan məhv olar. Həyat həqiqətsiz mümkün deyil. Bəlkə də həqiqət elə həyatın özüdür.


Tarix: 10.12.2014 / 11:24 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Dahilerin sözleri
loading...