Sizləri ən həssas yeriniz olan klitorla tanış edirik...
O bir aysberqdir...
Fransız Generalı Napolyon Bonapartenin qardaşının nəvəsi, Freudçu psixoanalzçi Marie Bonapart, orgazm olmaq üçün klitor ilə vagina arasındakı məsafənin daha qısa olması lazım olduğunu və bu məsafənin çox olduğu qadınların orgazm ola bilmədiklərini bildirirdi. Hətta bunu isbat etmək üçün özü də bir əməliyyat keçirmişdi, ancaq nəticə müvəffəqiyyətli olmamışdı. Niyə soruşarsınız? Çünki əməliyyat əsnasında klitorun yalnız görünən hissəsi, yəni dörddə biri yerindən oynadılmış və qalan hissəsiylə sinir bağları da kəsilmişdi. Halbuki geridə bir gövdə, qıçlar, vəzilər, hüceyrələrr kimi bir çox hissə də var....
Penisə bənzəyir...
Söz mövzusu cinsi həyat olunca qadınlar və kişilər sandığımız qədər fərqli deyil. Onların penisi varsa bizim də klitoromuz var. Fərq yalnız görünüşdə…
Bunu qəbul etməyi asanlaşdıracaq bir məlumat verək: Ana bətnində 12 həftəyə qədər bütün körpələrin genital toxuması eyni olur və daha sonra cinsiyyətə görə şəklini dəyişir. Klitorun da eynilə penis kimi bir başı, sünnə dərisi kimi bir örtüsü, erektil bir toxuması var və bədənini tanıyan qadınlar bilər ki, xəbərdar edildiyi zaman o da sərtləşir, böyüyür.
Üstəlik bir də üstünlüyü var: Görünmədiyi üçün biz qadınlar "boyumu,ya funksiyasımı?" müzakirəsinə girmək məcburiyyətində qalmırıq.
Böyüyür...
Bir qadının klitoru yetkinlikdən etibarən hormonların təsiri ilə böyüyür. Yetkinlik sona çatdığında klitoris 1,8 sm böyümüş olur. 32 yaşında bir qadının klitoru isə yetkinlik əvvəlinin dörd qatında böyüklüyə çatır. Menopauzdan sonra isə qadının doğulduğu gündəkinin yeddi qatına qədər böyümüş olur. Dar bir bölgədən bəhs etdiyimiz üçün bu böyümə çöldən fərq edilmir. Ancaq irəli yaşdakı qadınların seksdən daha çox zövq ala bilməsinin səbəbi məhz bu ölçü dəyişikliyinin təsirinin də olduğu düşünülür.
Özünəməxsusluğu...
Kimində kiçik, kimində daha böyük, kimində dərində, kimində daha ortada… Kimində xəbərdar edilincə böyüyür kimidə saxlanmağı seçir. Bəzisi sərt toxunuşlardan xoşlanır, bəzisi nəzakətdən... Yəni hər kəsin eşq tumurcuğu özünə xas xüsusiyyətlərə sahib... Bu da hər kəsin bu nöqtədən ən yüksək zövqü necə alacağını, özünün təyin edəcəyini göstərir.
Orqazma qarantiya verir...
Qadınların yalnız yüzdə 30-u vaginal orgazm ola bilir. Qalan yüzdə 70-i isə klitoral təmasa ehtiyac duyur. Oxşama, oral təmas və seks oyuncaqları ilə klitoru xəbərdar etmək mümkündür. Seçim sizin…
Qocalmır....
Dərinizi qırışıqlıqlardan qorumaq üçün çox səy və pul xərcləyə bilərsiniz. Amma ki, klitor üçün belə bir dərdiniz olmayacaq. çünki o heç yaşlanmır. Əgər bu günə qədər onunla əlaqəniz yaxşı deyilsə, "Artıq iş işdən keçdi" deyə düşünmənizə ehtiyac yoxdur. Ən enerjili halı ilə sizin onu kəşf etmənizi gözləyir.
Həddən artıq həssas...
Klitorun üzərində 8 min sinir ucu var. Penisdə isə bunun sayı 4 mindir!
Kişilərin cinsi həyatdan daha çox zövq aldığı qəlibini yıxmaq üçün bundan daha çox dəlilə ehtiyacımız varmı? Bu kiçik görünüşlü bölgədə hiss edilən zövqə pelvik bölgəmizdəki 15 min digər sinir ucu da təsir edir.
Hər qadında var...
Bəli, bütün məməli heyvanların dişilərində klitor var. Biz insanlar isə onu daha məhsuldar istifadə edə bilmə bacarığına sahibik. Deyilsək, bizə verilmiş böyük bir hədiyyəni göz ardı edirik - deməkdir.
Tarix: 25.04.2015 / 14:11 Müəllif: Aziza Baxılıb: 546 Bölmə: Cinsi Münasibətlər