Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər yataqda vaxtı necə uzada bilər? -

Cinsi akt zamanı kişilərin vaxtından əvvəl qurtarması (eukulyasiya) kişinin cinsi aktın davamiyyətini kifayət qədər davam etdirə bilməyib, partnyorunu təmin edə bilməməsi vəziyyətidir. Bu izahat Ümumidünya Səhiyyə Təşkilatının izahatıdır və burada cinsi aktın davamiyyətinin kəmiyyət ölçüsü nəzərə alınmayıb. Ona görə də, çox ciddi sual yaranır. Normal cinsi əlaqə nə qədər davam etməlidir? Bu suala dolğun cavabın olmaması vaxtından əvvəl qurtarmanın dəqiq diaqnostikasını çətinləşdirir. Yəni, həkim nə vaxt vaxtından əvvəl qurtarma diaqnozu qoymalıdır, mübahisəlidir.

Digər tərəfdən, qadının da anorqazmiyadan (orqazma çata bilməməsi) əziyyət çəkməsi halı da istisna olunmamalıdır. Bu halda qadın normal davam edən müddətdə orqazma çata bilmirsə, bu kişinin vaxtından əvvəl qurtarması kimi qiymətləndirilməməlidir.
Bəzi situasiyalarda məlumdur ki, kişi bir qadınla yaxınlıq zamanı vaxtından əvvəl qurtarır, digərilə isə normal cinsi əlaqədə ola bilir.
Tibbi praktikada cinsi aktın davametmə müddəti kişi cinsi orqanının uşaqlıq yoluna daxil olduğu andan eukulyasiyanın(sperma ifrazı) başlandığı ana qədər olan müddət hesab olunur. Bu müddət təxminən 2-3 dəqiqədir. Müvafiq olaraq, əgər sperma ifrazı bu müddətdən əvvəl baş verirsə, bu vaxtından əvvəl qurtarma ( boşalma) hesab olunur.

Amma sosial sorğular göstərir ki, 2 dəqiqə davam edən cinsi akt zamanı qadınların yalnız 30-35 %-i orqazma çatırlar, 10 dəqiqə davam edən cinsi akt zamanı isə qadınların cəmi 50 %-i bu hissiyyatı keçirir.

Orta göstərici kişinin cinsi aktının minimum 2 dəqiqə davam etməsi hesab olunur. Bu 2-3 dəqiqə ərzində kişi təkcə özünü düşünməyərək, qadını da məmnun etməyə çalışmalıdır. Əgər edə bilmirsə, bu vaxtından əvvəl qurtarma hesab olunur.
Bu vəziyyət kişilər arasında geniş yayılmışdır, sosial sorğuların nəticəsinə əsasən kişilərin 30%-ində rast gəlinir. Amma bəzi kişilərin bu halı gizlətməyə çalışdığını nəzər alıb, faizin həqiqətdən daha az olduğu aydın olar. Bu vəziyyət cinsi məmnun olmamaya, kişinin özünü qiymətləndirməsinin azalmasına, özünə güvənməməyə, depressiyaya, ailə münaqişələrinə səbəb ola bilir.
Bir qayda olaraq, cinsi akt zamanı birinci müvəffəqiyyətsizlik kişinin cinsi aktdan yayınmasına və ya oral və manual seksə meyl etməsinə səbəb olur. Bütün bunlar hər cinsi əlaqə zamanı kişidə psixi-emosional narahatçılıqlara və digər seksual pozuntulara, məsələn ereksiyanın( cinsi orqanın bərkiməsi ereksiya adlanır) baş verməməsinə gətirib çıxarır.
Vaxtından əvvəl qurtarmanın əsas səbəbləri

Əsas səbəblər bunlardır:

• Uzunmüddətli cinsi fasilədən sonra, cinsi oyanıqlıq yüksəldiyindən çox vaxt cinsi akta başlamazdan qabaq qurtarma ola bilər
• Prostat vəzinin və sidik axarlarının xroniki iltihabı xəstəlikləri
• Cinsi akt zamanı kişinin özünü diskomfort hiss etməsi, vaxtından əvvəl qurtaracağına özünü psixi kökləməsi (vaxtından əvvəl qurtarma, və partnyoru məmnun etməmə qorxusu)
• Kişi cinsi orqanının individual-konstisional xüsusiyyətləri( anadangəlmə cinsi orqan başının həssas olması)
• Mədəni səviyyənin aşağı olması (qadını məmnunetmə məsuliyyətini hiss etməmə)
Vaxtından əvvəl qurtarma necə müalicə olunur?

Bu və digər suallara ikinci yazıda aydınlıq gətiriləcək.


Tarix: 22.12.2012 / 16:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1830 Bölmə: Cinsi Münasibətlər
loading...